Siyasət

Tramp və Putin Ukraynadakı müharibəyə son qolumasını müzakirə edəcək

17 Mart, 2025
85

Evan Vucci/AP

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Ukraynada müharibəyə son qoyulmasını müzakirə edəcəyini bildirib.

Müzakirənin martın 18-də baş tutacağı deyilir. 

"Reuters" xəbər verir ki, Tramp bu barədə prezidentin təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib.

Tramp deyib ki, Ukraynada müharibəni bitirmək üçün “yaxşı şans” var. 

"Biz torpaqdan danışacağıq. Elektrik stansiyalarından danışacağıq. Hesab edirəm ki, hər iki tərəf, Ukrayna və Rusiya artıq çox şeyi müzakirə ediblər. Biz artıq müəyyən aktivlərin bölünməsi haqqında danışırıq", - o deyib.

Bundan əvvəl Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra Kiyev Rusiya da atəşkəsə razılaşacağı təqdirdə Vaşinqtonun dərhal 30 günlük atəşkəs təklifini qəbul edib.

Buna cavab olaraq Vaşinqton Kiyevə kəşfiyyat məlumatlarının mübadiləsinə qoyulmuş qadağanı dərhal aradan qaldıracağını və hərbi yardımı bərpa edəcəyini vəd edib.

Daha sonra rəsmi Moskva müvəqqəti atəşkəs ideyasını rədd edib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib ki, bu, Ukrayna hərbçilərinə müvəqqəti möhlət verməkdən və onların yenidən qruplaşmasına şərait yaratmaqdan başqa bir şey deyil.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Hindistanlılar sosial mediada Azərbaycana qarşı təbliğata başlayıb

8 May 2025

açıq mənbədən götürülüb

Hindistanlı sosial media istifadəçiləri Azərbaycana qarşı təbliğat aparmağa başlayıb. Buna səbəb Azərbaycanın Hindistanla Pakistan arasındakı toqquşmalarda Pakistanı müdafiə etməsidir.  Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyi mayın 7-də verdiyi bəyanatda “Pakistana qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları” pisləyib və “Pakistan xalqı ilə həmrəy olaraq” günahsız qurbanların ailələrinə başsağlığı verib.  Sosial şəbəkələrdə Hindistandan olan istifadəçilər “#BoycottAzerbaijan” həştəqi açaraq həmyerlilərinə Azərbaycana səfər etməməyə çağırıb.  “Heç bir hindistanlı, həmçinin terrora qarşı olan heç bir kəs, Azərbaycana getməməlidir. Hətta səfər planlaşdırmısınızsa belə, ləğv edin”, - 400 minə yaxın izləyicisi olan Mr Sinha adlı “X” istifadəçisi yazıb.  Yarım milyondan çox izləyicisi...
Siyasət

Əli Kərimlinin sürücüsü və mühafizəçisinin qardaşı həbs olunub

8 May 2025

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin üzvü Rahil Quliyev inzibati qaydada 30 sutkalıq həbs olunub.  Bu barədə AXCP sədri Əli Kərimli mayın 7-də “Facebook” səhifəsində xəbər verib. Partiya sədri deyib ki, Quliyevdən mayın 6-dan xəbər almaq mümkün olmayıb və yalnız dünən həbs olunduğu öyrənilib.  Onun həbsinin təfərrüatları bilinmir. Quliyev, həmçinin aprelin 9-da inzibati qaydada 30 sutkalıq həbs olunan, Kərimlinin ictimai əsaslarla mühafizəçisi işləyən Elnur Quliyevin qardaşıdır.  Kərimli bildirib ki, R.Quliyevin də Elnur Quliyevə və özünə təzyiq məqsədilə həbs olunduğu “şübhə doğurmur”.  Partiya sədri mayın 8-də isə xəbər verib ki, daha bir AXCP üzvü Asam Əli də inzibati qaydada...

Seçilmiş Videolar

Toplum TV loqo