Məhkəmə

Müsavatçının qətlində təqsirləndirilən şəxsə 19 il cəza verildi

17 Mart, 2025
125

açıq mənbədən götürülüb

Müsavat Partiyasının üzvü Natiq Mehdini qətlə yetirməkdə təqsirləndirilən 55 saylı orta məktəbin təsərrüfat müdiri Elsevər İslamova hökm oxunub.

Martın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə Elsevər İslamov 19 il müddətə azadlıqdan məhrum edilib.

Qətl hadisəsi 2024-cü ilin may ayında, Bakının Xətai rayonu ərazisində, 55 saylı orta məktəbdə baş verib. 

Natiq Mehdiylə Elsevər İslamov iş yoldaşı olublar və qətlin şəxsi münasibətlər zəminində baş verdiyi iddia edilib.

1964-cü il təvəllüdlü Natiq Mehdi (Ulubəy) Müsavat Partiyasının fəallarından olub. 

O, son qurultaydan əvvəl partiya başqanlığına namizədliyini irəli sürüb. İsa Qəmbər namizədliyini verdikdən sonra namizədliyini geri götürüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Hüquq müdafiəçisi saxlanma şəraitindən narazıdır

8 May 2025

VOA

Həbsdə olan hüquq müdafiəçisi, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı saxlanma şəraitindən narazıdır. O, yaxınlarına bildirib ki, Bakı İstintaq Təcridxanasında saxlandığı dördnəfərlik kameraya bu yaxınlarda daha bir nəfər salınıb və saxlanılanların sayı beş olub.  “Bu isə orada saxlanan şəxslərin yatması, sıxlıq və digər məsələlər ilə bağlı problemlər yaradıb", - Süleymanlının yaxınları “Azadlıq Radiosu”na deyib.  Onlar məsələ barədə təcridxana rəhbərliyinə etdikləri müraciətlərin cavabsız qaldığını bildiriblər. Azərbaycan hakimiyyətinin müstəqil qeyri-hökumət təşkilatlarına (QHT) qarşı 2014-cü ildə başlanmış, daha sonra bağlanmış cinayət işi yenidən açılıb. Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə,...
Məhkəmə

Əhməd Məmmədli barəsində 4 ay həbs qətimkan tədbiri seçilib

8 May 2025

açıq mənbədən götürülüb

İctimai fəal və “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədli barəsində mayın 8-də 4 aylıq həbs qətimkan tədbiri seçilib.  Məmmədli Binəqədi Rayon Məhkəməsinə gətirilərkən “Yoldaş Media”nın fəaliyyətinə görə həbs olunduğunu deyib və “Azad media susdurula bilməz!” deyə qışqırıb.  O, Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunur. Mayın 6-ı axşam radələrindən yaxınları ondan xəbər ala bilməyib. Bir gün sonra isə APA-da onun Biləcəri qəsəbəsində taksidə yer mübahisəsi üstündə bir nəfəri bıçaqladığı haqqında xəbər gedib.  Həyat yoldaşı Türkan Məmməd isə fəalın şərləndiyini və belə bir ssenari qurulduğunu bildirir.  Əhməd Məmmədli yaxınlarına polis idarəsində telefonunun şifrəsini verməsi üçün döyüldüyünü...

Seçilmiş Videolar

Toplum TV loqo