Məhkəmə

Hüquqşünas Sübhan Həsənli axtarışa verilib

17 Mart, 2025
281

Sübhan Həsənli/şəxsi arxiv

Sosial Hüquqlar Mərkəzinin rəhbəri, hüquqşünas Sübhan Həsənli barəsində həbs-qətimkan tədbirinin seçildiyi və onunla bağlı axtarış elan olunduğu bildirilir.

Qərarı Binəqədi rayon Məhkəməsi çıxarıb, hökumətə yaxın saytlar Baş Prokurorluğa istinadla bildirir.

Məlumata görə, Həsənli qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz əmlakı leqallaşdırma və vəzifə saxtakarlığı kimi əməllərdə təqsirləndirilir.

Sübhan Həsənli özü isə sosial media hesabında paylaşdığı açıqlamada ittihamları anlamadığını vurğulayıb və onları rədd edib.

“Vergiyə heç bir borcum yoxdur. Sosial ödənişləri, işsizlikdən sığorta hamısı ödənilib. Başdan ayağa bu iş quramadır. Sadəcə kim sərf etmir həbs edilir. Deyəsi çox şey var  amma hüquq yoxdur təəssüf ki”, o qeyd edib.

Azərbaycan hakimiyyətinin müstəqil qeyri-hökumət təşkilatlarına (QHT) qarşı 2014-cü ildə başlanmış,  daha sonra bağlanmış cinayət işi yenidən açılıb. 

Bu il martın 14-də “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı və “Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd Alpay Məmmədzadə bu iş üzrə həbs olunublar.

Hər iki hüquq müdafiəçisi vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırmasında ittiham olunurlar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Azər Qasımlı 12 il azadlıqdan məhrum edilib 

11 Mart 2026

Foto: sosial media

Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə politoloqa 12 il həbs cəzası verilib.  Əvvəlki proseslərdən birində dövlət ittihamçısı A.Qasımlının 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi. Prosesdə son söz deyən A.Qasımlı ona dəstək olan hər kəsə təşəkkür edib və heç bir cinayət əməli törətmədiyini bildirib.  "Bu işdə mən yeganə zərərçəkmiş tərəfəm. Həm azadlığımı, həm əmlakımı əlimdən alıblar. Hər kəs bilir və anlayır ki, mənim həbsim siyasi sifariş əsasında həyata keçirilib", - o qeyd edib.  A.Qasımlı Cinayət Məcəlləsinin 182.3.2-ci...
Məhkəmə

“QHT işi” üzrə həbs edilən Zamin Zəkiyə 7 il 6 ay həbs verildi

11 Mart 2026

Foto: Əkinçi

Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində "QHT işi" üzrə həbsdə sosial işçi Zamin Zəkinin sonuncu məhkəmə prosesi keçirilib.  APA-nın xəbərinə görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Z.Zəkiyə 7 il 6 ay həbs cəzası verilib.  Əvvəlki prosesdə dövlət ittihamçısı Z.Zəkinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.  Zamin Zəki Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu.  Cinayət işində iddia olunur ki, Z.Zəki xarici təşkilatlardan aldığı qrant vəsaitlərini qanunvericilik üzrə qeydiyyatdan keçirməyib.  Sosial işçi isə özünü...

Seçilmiş Videolar

Toplum TV loqo