Dünya

ABŞ Rusiya da daxil olmaqla 43 ölkə vətəndaşı üçün giriş qadağasını müzakirə edir

16 Mart, 2025
192

açıq mənbədən götürülüb

ABŞ hakimiyyəti Rusiya və Belarus vətəndaşları da daxil olmaqla 43 ölkənin vətəndaşına təsir edəcək yeni səyahət qadağasını nəzərdən keçirir.

“The New York Times” mənbələrə istinadən xəbər verir ki, Dövlət Departamenti bu ölkələri üç kateqoriyaya ayırmağı planlaşdırır.

Yeni qərara əsasən, 11 ölkənin - Əfqanıstan, Butan, Venesuela, Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarına ABŞ-yə giriş tamamilə qadağan edilə bilər.

İkinci kateqoriyaya Rusiya, Belarus, Eritreya, Haiti, Laos, Myanma, Pakistan, Syerra-Leone, Cənubi Sudan və Türkmənistan daxildir. 

Bu ölkələrdən yalnız iş adamlarının ABŞ-yə girişi mümkün olacaq, turistlərə və miqrantlara isə icazə verilməyəcək.

Üçüncü qrupa ABŞ hakimiyyətinin 60 gün ərzində bəzi çatışmazlıqları (aradan qaldırmağa icazə verəcəyi ölkələr aiddir.

Bura ölkəyə gələn şəxslər haqqında məlumat verməkdən imtina kimi məsələlər daxildir.

NYT ABŞ Dövlət Departamenti tərəfindən tərtib edilən siyahının dəyişdirilə biləcəyini istisna etməyib.

Hələki Ağ Ev yayılan məlumatı açıq şəkildə şərh etməyib.

Siyahı Trampın yanvarın 20-də imzaladığı, ölkənin və onun vətəndaşlarının “terror aktları törətmək, milli təhlükəsizliyimizi təhdid edən, mənfur ideologiyanı müdafiə edən və ya immiqrasiya qanunlarından bədxah məqsədlər üçün istifadə etmək niyyətində olan yadplanetlilərdən” qorunacağını söyləyən fərmana əsaslanır.

Ötən həftə brifinq zamanı Tramp yeni siyahıya hansı ölkələrin daxil ola biləcəyi ilə bağlı sualı cavablandırmaqdan yayınıb: 

“Bunu deməyim axmaqlıq olmazdırmı?”, o sual edib.

Seçki kampaniyası zamanı Tramp ilk prezidentlik dövründə böyük diqqət çəkən səyahət qadağasını bərpa edəcəyinə söz vermişdi.

Hələ 2017-ci ilin yanvarında, prezidentliyinin ilk həftəsində Tramp “Milləti xarici terrorçuların ABŞ-a daxil olmasından qorumaq” adlı fərman  imzalamışdı.

Fərman suriyalı qaçqınların ABŞ-a girişini qadağan etmişdi. İraq, İran, Liviya, Somali, Sudan və Yəməndən olan şəxslərin ölkəyə girişini isə müvəqqəti dayandırmışdı.

Qərar hava limanlarında xaosa səbəb olmuşdu və ölkə daxilində etirazlarla qarşılanmışdı.

Bir neçə ştatda hakimlər siyahıdakı ölkələrə qarşı ayrı-seçkilik və ABŞ-nin immiqrasiya qanununun pozulmasını əsas gətirərək qadağanı tez zamanda bloklamışdı.

ABŞ prezidenti Co Bayden 2021-ci ildə vəzifəyə gəldikdə, həmin qadağanı ləğv edərək, bunu "milli vicdana ləkə" adlandırmışdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Vatikan tarixində bir ilk: Amerikalı Roma Papası

8 May 2025

AP

Mayın 8-də Vatikanda kardinallar tərəfindən yeni Roma Papası seçilib.  ABŞ-ın Çikaqo şəhərindən olan 69 yaşlı Robert Fransisk Prevost 267-ci Roma Papası olub.  O, ilk amerikalı papa kimi tarixə düşüb. Prevost bundan sonra Papa XIV Leo olaraq bilinəcək. Vatikandakı iqamətgahının eyvanından çıxış edən XIV Leo vəfat etmiş keçmiş Papa Fransiski yad edib və Katolik kilsəsi üçün vizyonunu açıqlayıb.  "Biz birlikdə missioner bir kilsə olmağa çalışmalıyıq – körpülər quran və dialoqa açıq bir kilsə", – deyə o bildirib.  Minlərlə katolikə italyanca xitab edən Leo insanları başqalarına qarşı xeyirxahlıq göstərməyə və "sevgi ilə dialoqda olmağa" çağırıb. Yeni papanın 133 kardinal tərəfindən seçilməsi 2...
Dünya

Trampdan İrana: “Biz onları havaya uçura bilərik”

8 May 2025

Toplum TV/kollaj

ABŞ Prezidenti Donald Tramp İranı növbəti dəfə hədələyib.  O, mayın 7-də amerikalı radio aparıcısı Hyu Huitə müsahibəsində deyib ki, əgər İran nüvə proqramı üzrə danışıqlarda ABŞ-la razılığa gəlməsə, onun nüvə obyektlərini bombalayacaq.  “Əslində biz onları havaya da uçura bilərik və ya sadəcə nüvəsizləşdirə də bilərik. Amma cəmi iki seçim var - onları nəzakətlə havaya uçurmaq ya da amansızlıqla”, - o bildirib.  Tramp həmin gün Ağ Evdə keçirdiyi brifinqdə jurnalistlərdən birinin sualına cavabında deyib ki, İran heç bir halda nüvə silahına sahib ola bilməz.  “Bu danışıqlar prosesi İranın tarixində ən vacib məqamdır. Biz istəyirik ki, onlar da uğurlu, varlı ölkə olsunlar....

Seçilmiş Videolar

Toplum TV loqo