açıq mənbədən götürülb
Ermənistan hökuməti Qarabağdakı qondarma quruluşa 20 milyard dram (4,4 milyon dollar - red.) vəsait ayıracaq.
"Armenpress" xəbər verir ki, bu barədə qondarma quruluşun təmsilçisi Artak Beqlaryan məlumat verib.
“Bu gün Arayik Arutyunyanın rəhbərlik etdiyi bəzi hökumət üzvləri ilə birlikdə başda Baş nazir Nikol Paşinyan olmaqla Ermənistandakı tərəfdaşlarımızla görüşdük”,
Beqlaryan deyib.
Onun sözlərinə görə, gündəlikdə duran iki əsas məsələ "Dağlıq Qarabağ Respublikası"ndakı sosial-iqtisadi vəziyyət və Qarabağ münaqişəsinin həlli olub.
“Biz tərəfdaşlarımızla razılığa gəldik ki, bu il Ermənistan hökuməti Dağlıq Qarabağın təcili mənzil ehtiyaclarını nəzərə alaraq orada mənzil layihələri üçün əlavə 20 milyard dram ayırsın. Əlbəttə ki, biz təhlükəsizlik, "Dağlıq Qarabağ"ın statusu və münaqişənin həlli prosesi ilə bağlı fikir mübadiləsi apardıq”, - deyə o bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib
Luca Faz
sosial media
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”