AP
Avropa Komissiyası Avropa Birliyinə üzv olan ölkələrdəki sığınacaq müraciətçilərinə şamil olunan qanun layihəsi təqdim edib.
Qəbul olunacağı təqdirdə, qanun sığınacaq üçün rədd cavabı alan müraciətçiləri AB-dən kənar ölkələrə göndərməyi hədəfləyir.
Euronyus qanun layihəsini AB-in miqrasiya siyasətində “transformativ dəyişiklik” adlandırır.
Bildirilir ki, qanun layihəsi AB-ə üzv olan hökumətlərə blokdan kənardakı ölkələrlə razılaşmalar əldə etməyə şərait yaradacaq ki, onlar AB-dən deportasiya olunan miqrantları qəbul etsinlər. Bura həmin ölkələrdə deportasiya mərkəzlərinin yaradılması aiddir.
Əlavə olunur ki, deportasiya yalnız müraciətçinin sığınacaq əldə etmək üçün bütün hüquqi imkanları tükənəndən sonra baş tuta bilər.
Ötən ilin oktyabrında AB-ə üzv olan ölkələrin liderləri qeyri-müəyyən bir formada "qanunsuz miqrasiyanın qarşısının alınması və ona qarşı mübarizənin yeni yollarını" araşdırmağa razılaşmışdılar.
Hazırki AB qanunvericiliyinə əsasən, üzv ölkələr miqrantları ya öz ölkələrinə, ya AB ilə readmissiya razılığı olan ölkələrə, ya da miqrantın könüllü getmək istədiyi ölkəyə deportasiya edə bilər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: AP
Foto: açıq mənbədən götürülüb
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır