Məhkəmə

Ailəsi: Bəxtiyar Hacıyevin vəziyyəti kritikdir, onunla əsir kimi davranılır

8 Avqust, 2025
295

Foto: VOA

Hazırda 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin səhhətinin və hüquqi vəziyyətinin ağır olduğu deyilir.

Ailəsinin yaydığı məlumatda deyilir ki, Hacıyevin saxlanma şəraiti insan hüquqları və hüquqi müdafiə baxımından ciddi pozuntularla müşayiət olunur.

Yaxınlarının dediyinə görə, ictimai fəal kobud rəftara məruz qalır və ona vəkili ilə görüşə icazəsi verilmir.

“Onunla əsir kimi davranılır və özü də bu vəziyyəti əsirlik kimi qiymətləndirir. Psixoloji və fiziki təzyiqlər altındadır. Onun müdafiə hüququ ciddi şəkildə pozulub. Görüntülü danışa bilmirik. Halbuki digər məhbuslara bu imkan yaradılır, lakin Bəxtiyara bu hüquq qəsdən verilmir. Ailəsindən tam təcrid olunub”, - məlumatda deyilir.

Bildirilir ki, tibbi yardıma ehtiyacı olsa da, Bəxtiyar Hacıyevə lazımi tibbi xidmət göstərilmir.

“Yalnız bir dəfə böyük çətinliklə kardioqramma edilib. Bundan əlavə, ondan qan analizi də götürülüb, lakin artıq bir həftə keçməsinə baxmayaraq nəticələr hələ də təqdim olunmayıb. Bəxtiyar özü vəziyyətinin dözülməz olduğunu deyərək yerinin dəyişdirilməsini istəyir. Bu şəraitdə daha uzun müddət qalmaq onun həyatı üçün təhlükəlidir. Əgər vəziyyəti ilə bağlı tədbir görülməzsə, intihara cəhd edə biləcəyini bildirdi”, - ictimai fəalın yaxınları söyləyir.

Ailə Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovu məsələ ilə bağlı “açıq-aşkar qərəzli və düşməncəsinə yanaşma” sərgiləməkdə ittiham edir.

Bəxtiyar Hacıyev yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Bundan başqa, ictimai fəalın evi və bank hesablarındakı pul müsadirə olunub. Ona təlim-tədris işləri qadağan edilib.

İctimai fəal özünü təqsirli bilmədiyini, sifarişlə həbs olunduğunu bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6 May 2026

Sosial media

Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri, İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyevə iki il yarım həbs cəzası verilib.  Bu barədə mayın 6-da Tovuz Rayon Məhkəməsində keçirilən yekun prosesdə qərar verilib. Ötən proseslərin birində dövlət ittihamçısı H.Vəliyevə 3 il həbs cəzası istəmişdi.  O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.  Hacı Vəliyev ötən il martın 31-də həbs olunub. O, müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınırdı. H.Vəliyev həbsindən bir neçə gün öncə polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan...
Məhkəmə

Rüfət Səfərov: “Fəxr edirəm ki, ölkədəki 400 siyasi məhbusdan biriyəm"

5 May 2026

Ülviyyə Quliyeva (VOA)

Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.  "Azadlıq Radiosu"nun xəbərinə görə, hakim Aygün Qurbanovanın sədrlik etdiyi prosesdə R.Səfərovun vəkili Rövşanə Rəhimli vəsatət verərək zərərçəkmiş qismində tanınmış Natiq İmanquliyevin telefon anten məlumatlarının mobil operatordan alınmasını istəyib.  Cinayət işi materiallarında R.Səfərovun N.İmanquliyevə xəsarət yetirdiyi barədə həkim rəyi olsa da, "zərərçəkən" özü ötən proseslərin birində vəkilin sualına cavab olaraq həmin klinikada olmadığını bildirib. R.Rəhimli vəsatəti belə əsaslandırıb ki, N.İmanquliyevin telefon anten məlumatları əsasında bu məsələyə aydınlıq gətirilə bilər.  Məhkəmə vəsatəti təmin edib.  Daha sonra çıxış edən R.Səfərov 3 May Ümumdünya Mətbuat Azadlığı...

Seçilmiş Videolar

Toplum TV loqo