Elon Mask: “Starlink” söndürülsə, Ukraynanın cəbhə xətti dərhal çökə bilər
sosial media
“SpaceX” şirkətinin rəhbəri Elon Mask Ukrayna ordusunu “Starlink” peyk rabitə sistemindən istifadə qaydalarını pozmaqda ittiham edib.
Mask oktyabrın 24-də sosial media hesabında yazıb ki, Ukrayna hərbçiləri sistemdən hücum dronları vasitəsilə zərbələr endirmək üçün istifadə ediblər.
“Ukrayna ordusu "Starlink"in istifadə şərtlərini pozaraq ondan insanları öldürmək məqsədilə hücum dronlarında istifadə edib. Bu boşluq ötən həftə bağlanıb”, - Mask bildirib.
Bununla yanaşı, sahibkar “Starlink”in Ukraynanın müdafiəsi üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb. O deyib ki, sistem tamamilə söndürülsə, Ukraynanın cəbhə xətti dərhal çökə bilər.
“Bu, təhdid deyil, sadəcə faktın ifadəsidir”, - Mask əlavə edib.
O, həmçinin bildirib ki, Rusiya müharibənin ilk aylarında Ukraynanın digər rabitə vasitələrini məhv edib və ya onların fəaliyyətinə mane olub. Maskın sözlərinə görə, “Starlink” Ukraynanın müdafiəsində mühüm rol oynayır və “SpaceX” bu istiqamətdə Yer üzündəki istənilən özəl şirkətdən qat-qat çox iş görüb.
Maskın açıqlaması sosial şəbəkələrdə etirazlara səbəb olub. Ukraynalı rəsmilər və müdafiə sahəsi üzrə ekspertlər isə sistemə qoyulan məhdudiyyətlərin cəbhə xəttində rabitəyə, pilotsuz uçuş aparatlarının fəaliyyətinə və Rusiya dronlarının zərərsizləşdirilməsi imkanlarına mənfi təsir etdiyini bildiriblər.
Ukrayna prezidenti Volodimir Zelenski oktyabrın 24-də “Starlink” və “Starshield” sistemlərinin məhdudiyyətdən əvvəlki sürətinə qaytarıldığını açıqlayıb. Onun sözlərinə görə, rabitənin bərpası cəbhə xəttində logistika, eləcə də Rusiya hücum dronlarından müdafiə üçün mühüm əhəmiyyət daşıyır.
Bundan əvvəl, oktyabrın 14-də Mask “Starshield” sisteminin ABŞ hökumətinə məxsus olduğunu, onun sürəti və ya istifadəsinə qoyulan məhdudiyyətlərlə bağlı qərarların ABŞ ordusu və son nəticədə prezident tərəfindən verildiyini yazmışdı.
O, “Starlink”in kommersiya xidməti olduğunu və ondan istifadənin mülki, yaxud müdafiə məqsədləri ilə məhdudlaşmalı olduğunu vurğulamışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Obama: “İrana qarşı müharibə enerji qiymətlərini artırıb, Tehranın neft tədarükünə təsir imkanlarını genişləndirib”
reuters
Serbiyadakı seçkilərdə tələbə hərəkatı qalib gəlib, Vuçiç məğlubiyyətini etiraf edib
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”