Dünya

Obama: “İrana qarşı müharibə enerji qiymətlərini artırıb, Tehranın neft tədarükünə təsir imkanlarını genişləndirib”

26 Oktyabr, 2026
12

reuters

ABŞ-nin sabiq prezidenti Barak Obama Donald Tramp administrasiyasının İrana qarşı siyasətini tənqid edib. O bildirib ki, müharibə həm ABŞ iqtisadiyyatına, həm də qlobal bazarlara ciddi təsir göstərir.
“Reuters”in məlumatına görə, Obama bu barədə oktyabrın 24-də demokrat namizədlərə dəstək məqsədilə keçirilən mitinqdə danışıb.

O deyib ki, Tramp administrasiyasının İrana qarşı müharibəsi enerji qiymətlərinin artmasına səbəb olub və Tehranın dünya neft tədarükünə təsir imkanlarını genişləndirib.

“İran indi Hörmüz boğazına nəzarət etmək gücünə malikdir. Neft dünya bazarlarına məhz bu marşrutla daşınır”, - Obama çıxışı zamanı bildirib.

Sabiq prezidentin sözlərinə görə, münaqişə ABŞ-də yanacağın və digər məhsulların bahalaşmasına təsir edib.
“Hörmüz boğazı dünya neft ticarətinin əsas marşrutlarından biridir. Burada gəmiçiliyin pozulması beynəlxalq enerji bazarlarında ciddi nəticələr yarada bilər”, - o deyib.

Obama Trampın İranın nüvə proqramı ilə bağlı siyasətini də tənqid edib. O xatırladıb ki, 2015-ci ildə prezidentliyi dövründə İranla nüvə sazişi imzalanmışdı. Həmin razılaşma Tehranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlmişdi.
“İranın nüvə silahı yox idi. Çünki mən elə bir saziş əldə etmişdim ki, hamı onun İranın nüvə silahı əldə etməsinin qarşısını aldığını qəbul edirdi. Bunun üçün bir raket belə atmağa ehtiyac olmadı, sadəcə diplomatiya aparmaq kifayət idi. O isə sazişdən çıxdı və bu müharibəni başladı”, - Obama bildirib.

Söhbət İranın nüvə proqramına məhdudiyyətlər qoyulmasını və beynəlxalq yoxlamaları nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planından gedir. Donald Tramp ilk prezidentlik müddətində, 2018-ci ildə ABŞ-ni həmin sazişdən çıxarıb və Tehrana qarşı sanksiyaları bərpa edib.

Obama Tramp administrasiyasının müharibə strategiyasını da qeyri-ciddi adlandırıb. Onun sözlərinə görə, bu siyasətin nəticələrinin əvəzini adi amerikalılar ödəyir.
Barak Obama həmin tədbirdə Ohayo ştatında qubernatorluğa namizəd Emi Aktonu və Senata namizəd Şerrod Braunu dəstəkləyib. O, çıxışında Trampın İran siyasəti ilə yanaşı, administrasiyanın iqtisadi qərarlarını və Ağ Evdə aparılan dəyişiklikləri də tənqid edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Elon Mask: “Starlink” söndürülsə, Ukraynanın cəbhə xətti dərhal çökə bilər

26 Oktyabr 2026

sosial media

“SpaceX” şirkətinin rəhbəri Elon Mask Ukrayna ordusunu “Starlink” peyk rabitə sistemindən istifadə qaydalarını pozmaqda ittiham edib. Mask oktyabrın 24-də sosial media hesabında yazıb ki, Ukrayna hərbçiləri sistemdən hücum dronları vasitəsilə zərbələr endirmək üçün istifadə ediblər.  “Ukrayna ordusu "Starlink"in istifadə şərtlərini pozaraq ondan insanları öldürmək məqsədilə hücum dronlarında istifadə edib. Bu boşluq ötən həftə bağlanıb”, - Mask bildirib. Bununla yanaşı, sahibkar “Starlink”in Ukraynanın müdafiəsi üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb. O deyib ki, sistem tamamilə söndürülsə, Ukraynanın cəbhə xətti dərhal çökə bilər. “Bu, təhdid deyil, sadəcə faktın ifadəsidir”, - Mask əlavə edib. O, həmçinin bildirib ki, Rusiya müharibənin ilk aylarında Ukraynanın digər...
Dünya

Serbiyadakı seçkilərdə tələbə hərəkatı qalib gəlib, Vuçiç məğlubiyyətini etiraf edib

26 Oktyabr 2026

sosial media

Serbiyada növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə əsasən, tələbələrin dəstəklədiyi “Tələbə siyahısı” qələbə qazanıb. Uzun illər ölkənin siyasi həyatında aparıcı fiqurlardan olan Aleksandar Vuçiç məğlubiyyətini etiraf edib. “Reuters” yazır ki, Vuçiç oktyabrın 25-də Serb Tərəqqi Partiyasının (SNS) Belqraddakı qərargahında keçirilən çıxışında ilkin hesablamaların onun siyasi düşərgəsinin məğlubiyyətini göstərdiyini bildirib. Onun sözlərinə görə, “Tələbə siyahısı” 250 yerlik parlamentdə 135-140 mandat qazana bilər. Vuçiçin rəhbərlik etdiyi siyasi qüvvənin isə təxminən 105 yer əldə edəcəyi gözlənilir. Nəticələrin açıqlanmasından sonra Belqrad və Novi Sad da daxil olmaqla bir sıra şəhərlərdə seçicilər küçələrə çıxaraq qələbəni qeyd ediblər. Belqradda insanlar rəqs edib, avtomobillər siqnal verib, atəşfəşanlıq təşkil...

Seçilmiş Videolar

Toplum TV loqo