Abzasmedia
“Abzas Media” beynəlxalq “Index on Censorship” təşkilatının 2026-cı il İfadə Azadlığı Mükafatının jurnalistika kateqoriyasında üç namizəd arasına daxil edilib.
“Abzas Media”nın məlumatına görə, bu kateqoriyada Azərbaycan nəşri ilə yanaşı, Gürcüstanın müstəqil media qurumlarını birləşdirən “Sinatle Media” şəbəkəsi və Ukraynanın regional nəşri “Vorskla” da mükafata namizəddir.
“Index on Censorship” jurnalistika mükafatını senzuranı və ifadə azadlığına qarşı təhdidləri üzə çıxaran, ictimai maraq doğuran araşdırmalar və materiallar hazırlayan media qurumlarına təqdim edir.
Təşkilat “Abzas Media”nı Azərbaycanda korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarını araşdıran müstəqil nəşr kimi xarakterizə edib. Açıqlamada redaksiyanın altı əməkdaşının həbsdə olduğu, digər üzvlərinin isə fəaliyyətlərini xaricdə davam etdirdiyi qeyd olunur.
2016-cı ildə fəaliyyətə başlayan “Abzas Media” yüksəkvəzifəli şəxslər, o cümlədən prezidentin ailəsi və yaxın çevrəsi ilə əlaqəli olduğu iddia edilən korrupsiya və maliyyə əlaqələri barədə araşdırmalar dərc edib. Nəşr, həmçinin insan hüquqlarının pozulması, siyasi həbslər, polis zorakılığı və həbsxanalardakı vəziyyətlə bağlı materiallar yayımlayıb.
2023-cü ilin noyabrında redaksiyanın ofisində axtarış aparılıb, avadanlıqlar müsadirə olunub və jurnalistlər həbs edilib. Həbsdə olan əməkdaşlar saxlanma şəraiti, zorakılıq, tibbi yardımla bağlı problemlər və məhbusların gündəlik həyatı barədə yazılar hazırlamağa davam edirlər. Redaksiyanın digər üzvləri isə xaricdən araşdırmalar apararaq materiallar yayımlayırlar.
“Index on Censorship”in münsiflər heyəti namizədlərin fəaliyyətini şərh edərkən bildirib ki, avtoritar hakimiyyətlər fərqli fikirləri susdurmaq üçün təzyiq mexanizmlərini gücləndirsələr də, jurnalistlər, sənətçilər və fəallar ifadə azadlığını müdafiə etməkdən vaz keçmirlər.
İfadə Azadlığı Mükafatı jurnalistika ilə yanaşı, incəsənət və ictimai fəallıq istiqamətləri üzrə də təqdim olunur. 2026-cı ilin qaliblərinin mükafatlandırılması mərasiminin noyabrın 19-da Londonda keçirilməsi planlaşdırılır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Vəkil: “Aynur Elgünəşin təzyiqi tez-tez dəyişir, bədənində qançırlar yaranıb”
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”