Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
sosial media
Azərbaycanda bir sıra məktəblərə hicablı müəllimlərin dərsə buraxılmayacağı ilə bağlı tapşırıq verildiyi bildirilir.
Bu barədə "Toplum TV"yə məlumat verən, adının açıqlanmasını istəməyən müəllimlərin dediyinə görə, Sumqayıtda yerləşən bir neçə məktəbə bununla bağlı Elm və Təhsil Nazirliyi tərəfindən tapşırıq verilib. Tapşırığa əsasən, hicablı müəllimlərin ya hicablarını açmaları, ya da ərizə yazaraq işdən çıxmalarının tələb olunduğu iddia olunur.
Jurnalist Arzu Abdullanın sosial media hesabında yaydığı məlumata görə isə, Bakının Ramana qəsəbəsində yerləşən 90 saylı orta məktəbdə də hicablı müəllimlərə qadağa qoyulub.
Elm və Təhsil Nazirliyi məsələ ilə bağlı açıqlama yaymayıb. Nazirlikdən "Toplum TV"nin mövzu ilə bağlı daha öncəki sorğusuna da cavab verilməyib.
Qadağanın Nazirlər Kabinetinin oktyabrın 6-da verdiyi qərarla əsaslandırıldığı bildirilir.
Həmin qərara əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər yeni geyim qaydalarına əməl etməlidir. Qaydalarda hicaba qadağa qoyulduğu yazılmasa da, geyimlərin dünyəvilik prinsipinə uyğun olmalı olduğu qeyd olunur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Laçın istiqamətində itkin düşdüyü deyilən əsgərin Ermənistanda saxlanıldığı bildirilir
sosial media
Nazirlər Kabineti: Məktəblərdə “dünyəvilik prinsipinə uyğun olmayan” geyimlərə icazə verilməyəcək
sosial media
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Bəxtiyar Hacıyev: “300-dən çox siyasi məhbus ‘sülh əsiri’ kimi qəbul edilməlidir”
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?