Dünya

Elon Mask: “Starlink” söndürülsə, Ukraynanın cəbhə xətti dərhal çökə bilər

26 Oktyabr, 2026
9

sosial media

“SpaceX” şirkətinin rəhbəri Elon Mask Ukrayna ordusunu “Starlink” peyk rabitə sistemindən istifadə qaydalarını pozmaqda ittiham edib.

Mask oktyabrın 24-də sosial media hesabında yazıb ki, Ukrayna hərbçiləri sistemdən hücum dronları vasitəsilə zərbələr endirmək üçün istifadə ediblər. 

“Ukrayna ordusu "Starlink"in istifadə şərtlərini pozaraq ondan insanları öldürmək məqsədilə hücum dronlarında istifadə edib. Bu boşluq ötən həftə bağlanıb”, - Mask bildirib.

Bununla yanaşı, sahibkar “Starlink”in Ukraynanın müdafiəsi üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb. O deyib ki, sistem tamamilə söndürülsə, Ukraynanın cəbhə xətti dərhal çökə bilər.
“Bu, təhdid deyil, sadəcə faktın ifadəsidir”, - Mask əlavə edib.

O, həmçinin bildirib ki, Rusiya müharibənin ilk aylarında Ukraynanın digər rabitə vasitələrini məhv edib və ya onların fəaliyyətinə mane olub. Maskın sözlərinə görə, “Starlink” Ukraynanın müdafiəsində mühüm rol oynayır və “SpaceX” bu istiqamətdə Yer üzündəki istənilən özəl şirkətdən qat-qat çox iş görüb.

Maskın açıqlaması sosial şəbəkələrdə etirazlara səbəb olub. Ukraynalı rəsmilər və müdafiə sahəsi üzrə ekspertlər isə sistemə qoyulan məhdudiyyətlərin cəbhə xəttində rabitəyə, pilotsuz uçuş aparatlarının fəaliyyətinə və Rusiya dronlarının zərərsizləşdirilməsi imkanlarına mənfi təsir etdiyini bildiriblər.

Ukrayna prezidenti Volodimir Zelenski oktyabrın 24-də “Starlink” və “Starshield” sistemlərinin məhdudiyyətdən əvvəlki sürətinə qaytarıldığını açıqlayıb. Onun sözlərinə görə, rabitənin bərpası cəbhə xəttində logistika, eləcə də Rusiya hücum dronlarından müdafiə üçün mühüm əhəmiyyət daşıyır.

Bundan əvvəl, oktyabrın 14-də Mask “Starshield” sisteminin ABŞ hökumətinə məxsus olduğunu, onun sürəti və ya istifadəsinə qoyulan məhdudiyyətlərlə bağlı qərarların ABŞ ordusu və son nəticədə prezident tərəfindən verildiyini yazmışdı.
O, “Starlink”in kommersiya xidməti olduğunu və ondan istifadənin mülki, yaxud müdafiə məqsədləri ilə məhdudlaşmalı olduğunu vurğulamışdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Obama: “İrana qarşı müharibə enerji qiymətlərini artırıb, Tehranın neft tədarükünə təsir imkanlarını genişləndirib”

26 Oktyabr 2026

reuters

ABŞ-nin sabiq prezidenti Barak Obama Donald Tramp administrasiyasının İrana qarşı siyasətini tənqid edib. O bildirib ki, müharibə həm ABŞ iqtisadiyyatına, həm də qlobal bazarlara ciddi təsir göstərir. “Reuters”in məlumatına görə, Obama bu barədə oktyabrın 24-də demokrat namizədlərə dəstək məqsədilə keçirilən mitinqdə danışıb. O deyib ki, Tramp administrasiyasının İrana qarşı müharibəsi enerji qiymətlərinin artmasına səbəb olub və Tehranın dünya neft tədarükünə təsir imkanlarını genişləndirib. “İran indi Hörmüz boğazına nəzarət etmək gücünə malikdir. Neft dünya bazarlarına məhz bu marşrutla daşınır”, - Obama çıxışı zamanı bildirib. Sabiq prezidentin sözlərinə görə, münaqişə ABŞ-də yanacağın və digər məhsulların bahalaşmasına təsir edib. “Hörmüz boğazı dünya neft...
Dünya

Serbiyadakı seçkilərdə tələbə hərəkatı qalib gəlib, Vuçiç məğlubiyyətini etiraf edib

26 Oktyabr 2026

sosial media

Serbiyada növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə əsasən, tələbələrin dəstəklədiyi “Tələbə siyahısı” qələbə qazanıb. Uzun illər ölkənin siyasi həyatında aparıcı fiqurlardan olan Aleksandar Vuçiç məğlubiyyətini etiraf edib. “Reuters” yazır ki, Vuçiç oktyabrın 25-də Serb Tərəqqi Partiyasının (SNS) Belqraddakı qərargahında keçirilən çıxışında ilkin hesablamaların onun siyasi düşərgəsinin məğlubiyyətini göstərdiyini bildirib. Onun sözlərinə görə, “Tələbə siyahısı” 250 yerlik parlamentdə 135-140 mandat qazana bilər. Vuçiçin rəhbərlik etdiyi siyasi qüvvənin isə təxminən 105 yer əldə edəcəyi gözlənilir. Nəticələrin açıqlanmasından sonra Belqrad və Novi Sad da daxil olmaqla bir sıra şəhərlərdə seçicilər küçələrə çıxaraq qələbəni qeyd ediblər. Belqradda insanlar rəqs edib, avtomobillər siqnal verib, atəşfəşanlıq təşkil...

Seçilmiş Videolar

Toplum TV loqo