Dünya

Ərdoğan: HƏMAS terror təşkilatı deyil 

23 Sentyabr, 2025
23

Foto: Anadolu Ajansı

BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Fox News" telekanalına müsahibə verib. 

Müsahibədə Ərdoğandan Qəzza zolağına nəzarət edən HƏMAS qruplaşmasını terror təşkilatı kimi tanıyıb-tanımadığı soruşulub. 

"Mən 20 il əvvəl ABŞ-yə səfər edəndə də mənə bu sualı verdilər. O vaxt da demişdim ki, yox, mən HƏMAS-ı müqavimət qrupu olaraq görürəm. HƏMAS-ın nə silahı, nə də ciddi imkanları var. Onlar sadəcə əllərində olanla özlərini müdafiə edirlər", - Ərdoğan deyib. 

2007-ci ildən Qəzza zolağına nəzarət edən HƏMAS-ı ABŞ da daxil olmaqla 9 ölkə, eləcə də Avropa İttifaqı terror təşkilatı kimi tanıyır.

2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin cənubuna hücum edib, təxminən 1200 nəfər həlak olub, 251 nəfər girov götürülüb. Bu hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O vaxtdan bəri Qəzzada 60 mindən çox insanın öldürüldüyü bildirilir. HƏMAS-ın nəzarətində olan ərazinin səhiyyə nazirliyinin məlumatına görə, indiyədək 200-ə yaxın şəxs aclıqdan həyatını itirib və onların arasında uşaqlar çoxluq təşkil edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Rusiyanın döyüşə göndərdiyi keniyalı idmançı Ukraynada əsir düşüb 

22 Sentyabr 2025

Foto: BBC

Rusiyada hərbi səfərbərliyə cəlb olunaraq döyüşə göndərilən keniyalı idmançı Ukraynada əsir düşüb.  Ukrayna ordusunun 57-ci Piyada Briqadasının ötən həftə yayımladığı videoda 36 yaşlı qaçıcı Evans Kibetin Rusiyaya qaytarılmamaq üçün yalvardığı görünür.  Kibetin sözlərinə görə, o, Rusiyaya qaçış yarışında iştirak üçün gedib. Yarışdan sonra isə qaldığı hotelin meneceri ona Rusiyada qalıb işləməyi təklif edib. Razılaşan və menecerin verdiyi, rusca yazılan sənədə imza atan Kibeti az sonra hərbi maşında cəbhəyə aparıblar.  Kibets videoda telefon və pasportunun da hotel meneceri tərəfindən götürüldüyünü deyir.  İdmançı maşınla 7 saat yol getdikdən sonra özünü hərbi düşərgədə tapıb. Burada ona deyilib ki, döyüşməyəcəyi halda, onu öldürəcəklər.  O...
Dünya

Kadırov 17 yaşlı oğlunu 7-ci vəzifəyə təyin edib 

19 Sentyabr 2025

Foto: Getty Images

Çeçenistan lideri Ramzan Kadırov 17 yaşlı oğlu Adam Kadırova "bələdiyyə təşkilatları tərəfindən əmlak vergilərinin ödənilməsinə nəzarətçi" vəzifəsi verib.  Bununla, A.Kadırov respublikada 7 vəzifənin sahibi olub.  O, həmçinin, atasının şəxsi mühafizə xidmətinin rəhbəri, Çeçenistan Təhlükəsizlik Şurasının katibi, Qudermes bölgəsində Xüsusi Təyinatlı Qüvvələr Universitetinin nəzarətçisi, Çeçenistanın Müdafiə Nazirliyinə bağlı Benoa Baysanqur və Şeyx Mansur batalyonlarının kuratoru, Çeçenistan Daxili İşlər Nazirliyinin nəzarətçisi, habelə Qəzza zolağının sakinlərinə humanitar yardım üçün vəsait toplanmasına nəzarətçidir. Kadırov bu qərarı sentyabrın 17-də hökuməti üzvləri ilə regionun sosial-iqtisadi inkişafına həsr olunmuş geniş iclasda elan edib. Təyinat barədə yerli “Chechnya Today” xəbər agentliyi məlumat yayıb. A.Kadırovun bu vəzifəyə hansı müddətə...

Seçilmiş Videolar

Toplum TV loqo