Ölkə

Ölkəyə 41 qızıl külçə keçirməkdə ittiham olunan gömrükçüyə 5 il cəza verilib

23 Sentyabr, 2025
23

Foto: Shutterstock

Bakıda hava limanında 4 kiloqrama yaxın qızıl keçirmək istəyərkən saxlandığı iddia olunan Dövlət Gömrük Komitəsinin əməkdaşı Əfsər Mirzəliyevin və onunla birlikdə ittiham olunan Səfər Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Teleqraf” yazır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən, Əfsər Mirzəliyev və Səfər Səfərovun hər biri 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

İstintaq materiallarında qeyd olunduğuna görə, onlar əlbir qaydada sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gətirdiyi, ümumilikdə 461 min manat dəyəri olan 41 ədəd (3.145 qram) qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçiriblər.

Təqsirləndirilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər.

Səfər Səfərova Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

"Abzas"çılar hələ də cəzaçəkmə müəssisəsinə köçürülməyib 

23 Sentyabr 2025

Foto: Abzas Media

Barələrində məhkəmə hökmü olan, "Abzas Media işi" üzrə həbsdə olan jurnalistlər hələ də Bakıdan 70 kilometr aralıda Umbakı qəsəbəsindəki təcridxanada saxlanılır.  İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində barələrində hökm oxunan, Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalistlərin başqa təcridxanaya köçürülməsi ilə bağlı xüsusi qərar olmayıb.  Buna baxmayaraq, kişi jurnalistləri özlərinə və yaxınlarına öncədən məlumat vermədən iyunun 26-da Umbakı təcridxanasına köçürüblər. Müdafiə tərəfi Penitensiar Xidmətin bu addımını qanunsuz sayıb. İyulun 3-də məhkəmə Abzas Media direktoru Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasına qaytarılmaqla bağlı vəsatətini təmin etsə də, bu baş tutmayıb.  Umbakı təcridxanası Bakı İstintaq Təcridxanasına nisbətən şəhərdən uzaqdır və ailələrlə görüşdə məhdudiyyətlərə səbəb olur. ...
Ölkə

İlham Əliyev: “Zəngəzur dəhlizi”nin açılması ilə yük daşımalarının həcmi artacaq 

22 Sentyabr 2025

Foto: açıq mənbə

Azərbaycan prezidenti İlham Əliyev "Zəngəzur dəhlizi"nin açılmasından sonra Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcminin artacağını bildirib.  Bu, onun sentyabrın 22-də Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində yer alıb.  "Ölkədə yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir. Eyni zamanda, xüsusi iqtisadi zonalar, müasir nəqliyyat və rəqəmsal infrastruktur istehsal, logistika, bərpaolunan enerji, rəqəmsal xidmətlər və yüksək dəyərli kənd təsərrüfatı üçün hazır platformalar təqdim edir", - Əliyev qeyd edib.  Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan...

Seçilmiş Videolar

Toplum TV loqo