Dünya

Fatih Altaylı saxlanılıb

21 İyun, 2025
117

Foto: Sosial media

Türkiyəli jurnalist Fatih Altaylı saxlanılıb.

Bu barədə iyunun 21-də jurnalistin həat yoldaşı məlumat yayıb.

“Bir qədər əvvəl Fatehi apardılar. Hara apardıqlarını bilmirik”, - jurnalistin xanımı Hande Altaylı yazıb.

Jurnalistin saxlanılması ilə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən verilən açıqlamada belə deyilir:

“YouTube” sosial media kanalında 20.06.2025-ci il tarixli yayımda prezident Rəcəb Tayyib Ərdoğana qarşı hədə yönümlü, təhdid xarakterli ifadələr işlətdiyi üçün Fatih Altaylı barəsində istintaqa başlanılıb”.

Məlumata görə, Fatih Altaylı barəsində davam edən istintaq çərçivəsində prokurorluğun göstərişi ilə saxlanılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Xameneinin öldürüldüyü deyilən müşavirinin sağ olduğu ortaya çıxıb

21 İyun 2025

Foto: AP

İran Ali lideri Ayətullah Əli Xameneinin İsrail tərəfindən öldürüldüyü deyilən müşaviri Əli Şamxaninin sağ olduğu bildirilir.  İranın dövlət mediası iyunun 20-də Şamxaninin Xameneiyə ünvanladığı məktubu yayımlayıb.  “Mən sağam və özümü qurban verməyə hazıram. Qələbə yaxındır. İranın adı həmişəki kimi tarixin ən yüksək qatlarına həkk olunacaq”, - o, məktubda deyir.  ABŞ-la aparılan danışıqlarda da İran nümayəndə heyətinə rəhbərlik edən Şamxaninin iyunun 13-də bir sıra hərbi liderlərlə birlikdə İsrail tərəfindən öldürüldüyü güman edilirdi.  İran mediası isə iyunun 20-də onun ağır yaralandığını və xəstəxanaya yerləşdirildiyini, lakin hazırda vəziyyətinin stabil olduğunu yazıb.  İsrailin İran şəhərlərini raket atəşinə tutması və hərbi liderlərini öldürməsi ilə başlayan...
Dünya

ABŞ-da həbsdə olan fələstinli fəal azadlığa buraxılıb 

21 İyun 2025

Foto: AP

ABŞ-da mart ayında həbs olunan fələstinli fəal Mahmud Xəlil iyunun 21-də məhkəmə qərarı ilə azadlığa buraxılıb.  Federal məhkəmə hakimi qanuni yaşayış icazəsi olan Xəlilin həbsdə saxlanılmasının əsassız olduğunu deyib. O bildirib ki, fəalın məhkəmədən qaçmağa səbəbi yoxdur və o, konkret bir zorakılıqla ittiham olunmur.   Luiziana ştatında saxlanma məntəqəsini tərk edən Xəlilin yaşadığı Nyu-York şəhərinə gedəcəyi, həyat yoldaşı və yeni doğulmuş övladına qovuşacağı gözlənilir.  Xəlil jurnalistlərə “ədalətin bərqərar olduğunu, lakin çox uzun çəkdiyini” deyib. O, həmçinin, qeyd edib ki, Prezident Donald Trampın administrasiyası mübarizə aparmaq üçün “səhv adam” seçib.  “İstər ABŞ vətəndaşı, istər mühacir, istərsə də bu torpaqda sadəcə bir insan...

Seçilmiş Videolar

Toplum TV loqo