Foto: AP
İran Ali lideri Ayətullah Əli Xameneinin İsrail tərəfindən öldürüldüyü deyilən müşaviri Əli Şamxaninin sağ olduğu bildirilir.
İranın dövlət mediası iyunun 20-də Şamxaninin Xameneiyə ünvanladığı məktubu yayımlayıb.
“Mən sağam və özümü qurban verməyə hazıram. Qələbə yaxındır. İranın adı həmişəki kimi tarixin ən yüksək qatlarına həkk olunacaq”, - o, məktubda deyir.
ABŞ-la aparılan danışıqlarda da İran nümayəndə heyətinə rəhbərlik edən Şamxaninin iyunun 13-də bir sıra hərbi liderlərlə birlikdə İsrail tərəfindən öldürüldüyü güman edilirdi.
İran mediası isə iyunun 20-də onun ağır yaralandığını və xəstəxanaya yerləşdirildiyini, lakin hazırda vəziyyətinin stabil olduğunu yazıb.
İsrailin İran şəhərlərini raket atəşinə tutması və hərbi liderlərini öldürməsi ilə başlayan münaqişə iki tərəfin bir-birini atəşə tutması ilə davam edir.
Ümumilikdə hər iki tərəfdən yüzlərlə mülki şəxsin öldürüldüyü deyilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: AP
Foto: AP
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb
Beynəlxalq təşkilatlar prokurorun “Abzas”çılara istədiyi cəzanı pisləyir