açıq mənbədən götürülüb
Gürcüstan 17 ölkənin vətəndaşlarına ölkəyə giriş qaydalarını sərtləşdirir.
Bu ölkələrin siyahısında Əfqanıstan, Banqladeş, Efiopiya, Eritreya, Qana, Yəmən, Kamerun, Kot-d’İvuar, Konqo Demokratik Respublikası, Mərakeş, Nigeriya, Pakistan, Somali, Suriya, Sudan, Tanzaniya və Uqanda var.
Mayın 16-dan qüvvəyə minəcək dəyişikliyə görə, sözügedən ölkələrin vətəndaşlarının Gürcüstana girdiyi gün onların
Körfəz ölkələrindən olan vizalarının və ya yaşayış icazələrinin bitmə müddətinə bir ildən çox vaxt qalmalıdır. Əks halda, onların Gürcüstana daxil olmasına icazə verilməyəcək.
Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, dəyişiklik müəyyən ölkələrin vətəndaşlarının Gürcüstana vizasız giriş hüququnun sərtləşdirilməsinə və qeyri-qanuni miqrasiya ilə mübarizəyə xidmət edir.
Buna baxmayaraq, bu ölkələrin vətəndaşlarının ABŞ, Avropa İttifaqı ölkələri, Böyük Britaniya daxil olmaqla 50 ölkənin birindən vizası varsa, dəyişiklik onlara təsir etməyəcək.
Hazırki qanunvericiliyə görə, 94 ölkənin vətəndaşlarının Gürcüstana vizasız giriş hüququ var. Bu hüquqla viza və ya yaşayış icazəsi almadan 1 ilə qədər bu ölkədə qalmaq mümkündür.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mınbədən götürülüb
Reuters