Reuters
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə sülh razılaşmasının tərkib hissəsi olaraq Krımdan əl çəkəcəyini deyib.
O, bunu aprelin 27-də Vatikanda Papa Fransiskin dəfnindən qayıdarkən jurnalistlərdən birinin sualına cavabında deyib.
“Krım 12 il əvvəl Obamanın vaxtında olmuş söhbətdir. Bir güllə belə atılmadan [Rusiyaya] təhvil vermişdilər. Məndən Krımı soruşmayın. Gedin Obama və Baydendən soruşun”, - Tramp əlavə edib.
ABŞ prezidenti Vatikanda Zelenski ilə keçirdiyi qısa görüşdən də danışıb. O görüşün yaxşı keçdiyini, Krımın isə qısa müzakirə olunduğunu qeyd edib. Tramp deyib ki, ukraynalı həmkarı fevralda Ağ Evdə keçirdikləri, mübahisə ilə sonlanan görüşlə müqayisədə “daha təmkinli” olub.
Tramp daha öncə sosial media hesabında ABŞ-ın Ukraynadan Krımdan əl çəkməsini tələb etdiyini inkar etmişdi.
Ukrayna prezidenti ərazi güzəştləri ilə bağlı təklifləri dəfələrlə ictimai şəkildə rədd edib. O, Trampın son açıqlamasına isə hələ ki münasibət bildirməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb