Foto: AFP
Gürcüstanda son 10 gündə ikinci müxalifət lideri həbs olunub.
Mayın 30-da Tbilisi Şəhər Məhkəməsi “Dəyişiklik üçün Koalisiya”nın liderlərindən olan Nika Meliyanın haqqında həbs qətimkan tədbiri seçilməsinə qərar verib.
Meliya mayın 29-da polis tərəfindən saxlanılıb.
Vəkili deyib ki, saxlanılarkən onunla polis arasında insident yaşanıb.
Meliya daha öncə parlamentin istintaq komissiyası önündə ifadə vermədiyinə görə haqqında cinayət işi açılmışdı, lakin həbs qətimkan tədbiri seçilməmişdi. O, girov müqabilində azadlıqda qala bilirdi. Meliya girovu ödəməyəcəyini ictimai şəkildə bəyan edib və onun azadlıq müddəti mayın 29-da başa çatıb.
Mayın 22-də koalisiyanın digər lideri Zurab Caparidze də eyni səbəblə həbs olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: AFP
Foto: Reuters
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Norveç qəzetində Toplum TV-yə məqalə həsr edilib