Dünya

İsrail Qərb Sahilində “ən böyük qanunsuz genişlənmə” planını təsdiqləyib

30 May, 2025
65

Foto: AFP

İsrail Fələstin dövlətinin ərazisi kimi tanınan İordaniya çayının qərb sahilində qanunsuz yaşayış məskənlərini artırmağa qərar verib. 

İsrailin müdafiə və maliyyə nazirlərinin mayın 29-da yayımladığı birgə bəyanatda deyilir ki, Qərb Sahilində 22 yeni məntəqə salınacaq. 

“Bütün yeni icmalar uzunmüddətli strateji baxışla yaradılır. Məqsəd ərazidə İsrailin nəzarətini gücləndirmək, Fələstin dövlətinin qurulmasının qarşısını almaq və gələcək onilliklər üçün məskunlaşma ehtiyatlarını təmin etməkdir,” – bəyanatda deyilir.

Məskunlaşmaları izləyən İsrail qeyri-hökumət təşkilatı olan “Peace Now” bildirib ki, bu, 30 ildən çox əvvəl imzalanmış Oslo Sazişindən bəri yaşayış məntəqələrinin ən irimiqyaslı genişləndirilməsi olacaq. 

Fələstin Muxtariyyətinin sözçüsü Nabil Əbu Rudeyneh bu planı “təhlükəli gərginlik”“beynəlxalq legitimliyə, eləcə də beynəlxalq hüquqa qarşı açıq çağırış” adlandırıb.

Əbu Rudeyneh deyib ki, bu addım “regionda zorakılığı və qeyri-sabitliyi daha da dərinləşdirəcək”

Qərb Sahilində, eləcə də Şərqi Qüds və işğal olunmuş Colan Təpələrindəki İsrail məskunlaşmaları beynəlxalq hüquqa əsasən qanunsuz hesab olunur.

Son aylar ərzində İsrail ordusu Qərb Sahilində genişmiqyaslı hərbi əməliyyat həyata keçirir, onilliklərdən bəri ilk dəfə olaraq əraziyə tanklar yeridib və on minlərlə fələstinlini evlərindən didərgin salıb.

1993-cü ildə İsraillə Fələstin Azadlıq Təşkilatı arasında imzalanmış Oslo Sazişləri, Fələstin dövlətinin yaradılmasına və münaqişənin iki dövlətli həll yolunun həyata keçirilməsinə zəmin yaratmaq məqsədi daşıyırdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Gürcüstanda 10 gündə 2-ci müxalifət lideri həbs olunub

30 May 2025

Foto: AFP

Gürcüstanda son 10 gündə ikinci müxalifət lideri həbs olunub.  Mayın 30-da Tbilisi Şəhər Məhkəməsi “Dəyişiklik üçün Koalisiya”nın liderlərindən olan Nika Meliyanın haqqında həbs qətimkan tədbiri seçilməsinə qərar verib.  Meliya mayın 29-da polis tərəfindən saxlanılıb.  Vəkili deyib ki, saxlanılarkən onunla polis arasında insident yaşanıb.  Meliya daha öncə parlamentin istintaq komissiyası önündə ifadə vermədiyinə görə haqqında cinayət işi açılmışdı, lakin həbs qətimkan tədbiri seçilməmişdi. O, girov müqabilində azadlıqda qala bilirdi. Meliya girovu ödəməyəcəyini ictimai şəkildə bəyan edib və onun azadlıq müddəti mayın 29-da başa çatıb.  Mayın 22-də koalisiyanın digər lideri Zurab Caparidze də eyni səbəblə həbs olunub.
Dünya

Paşinyan: “Heç kimin şəxsi həyatı başqasının işi deyil”

30 May 2025

Foto: Reuters

Ermənistan Baş naziri Nikol Paşinyan ilə Erməni Apostol Müqəddəs Kilsəsi arasında qalmaqal yaşanır.  Belə ki, Paşinyan mayın 29-da hökumətin iclasında çıxışı zamanı ölkədəki kilsələrdən danışıb və onları baxımsız vəziyyətlərinə görə anbarlara bənzədib.  “Kilsəyə gedirsiniz və orada zibil, kiminsə köhnə paltarı, ayaqqabısını görürsünüz”, - o deyib.  Baş nazir müvafiq nazirliyə məsələni diqqətdə saxlamağı və kilsələr üçün standartlar təyin etməyi tapşırıb.  Paşinyanın kilsələr haqqında “anbar” sözünü işlətməsi kilsə nümayəndələrinin acığına gəlib.  Erməni Apostol Kilsəsinin Quqark Yeparxiyasının baş yepiskopu Hovnan Hakobyan “Facebook” səhifəsində baş naziri “ölkənin baş ağrısına çevrilmiş başçısı” adlandırıb və kilsəyə qarşı “utanmadan hücuma keçməkdə” günahlandırıb.  “Bu günlərdə İsveçrədə, Ali Ruhani...

Seçilmiş Videolar

Toplum TV loqo