Siyasət

Əli Kərimlinin inzibati həbsdən çıxan sürücüsünə də cinayət işi açılıb

30 May, 2025
148

Foto: sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla sürücüsü olan Zaur Rzalıya qarşı cinayət işi açılıb. 

AXCP üzvlərinin bildirdiyinə görə, Rzalı mayın 29-da Nərimanov Rayon Polis İdarəsinə çağırılıb və ona barəsində Cinayət Məcəlləsinin 228.5-ci maddəsi (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) ilə cinayət işi açıldığı deyilib. 

Fəal sərbəst buraxılsa da, onun ölkədən çıxışına qadağa qoyulub. 

Rzalı “Facebook” səhifəsində cinayət işinin onun siyasi fəaliyyəti ilə bağlı olduğunu yazıb. 

“Hələlik nisbi azadlıqdayam, amma bilin ki, heç bir repressiya bizləri yolumuzdan döndərə bilməz”, - o qeyd edib. 

Rzalı aprelin 1-də polisə müqavimət ittihamı ilə 30 sutkalıq inzibati qaydada həbs olunmuşdu. 

Son aylarda Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi və sürücüsü işləmiş şəxslərə qarşı inzibati və cinayət işi əsaslı həbslər baş verir. 

Mayın 20-də Kərimlinin mühafizəçisi olmuş Novruz Tağıyevə qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi açılıb və barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. 

Həmin gün, həmçinin, Ə.Kərimliyə ictimai əsaslarla sürücülük etmiş Rəşad Əliyev 25 sutka inzibati qaydada həbs olunub. 

Mayın 5-də isə partiya sədrini maşını ilə tədbirlərə aparmış Asam Əli və mühafizəçisi Kənan İsmayıl da 30 sutka həbs olunublar. 

Onun digər mühafizəçisi Niyaməddin Əhmədov isə 2021-ci ildə terroru maliyyələşdirmədə ittiham olunaraq 13 il azadlıqdan məhrum edilib. Daha bir mühafizəçisi Kənan Basqal isə bu ilin martda bir şəxsi bıçaqlama ittihamı ilə həbs olunub. Onlar ittihamları qəbul etmirlər.
AXCP-nin 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Vəkil: “Hökumət mart ayından Avropa Məhkəməsinin qərarlarını icra etmir”

31 May 2025

Foto: sosial media

Azərbaycan hökuməti bu ilin mart ayından etibarən Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycana dair işlərdə çıxardığı qərarların icrasını həyata keçirmir.  Bu barədə vəkil Fariz Namazlı Toplum TV-yə deyib.  Vəkil bildirir ki, hökumət AİHM-in çıxardığı qərarlar üzrə təyin edilmiş kompensasiyaların ödənilməsini faktiki olaraq dayandırıb, eyni zamanda Ali Məhkəmənin Plenumunda bu qərarlar əsasında işlərə yenidən baxmaqdan sistemli şəkildə imtina etməyə başlayıb. “Bu, yalnız AİHM-in qərarlarının texniki icrasından yayınma deyil, həm də ölkənin beynəlxalq hüquqi öhdəliklərindən birbaşa və açıq şəkildə boyun qaçırması deməkdir”, - Namazlı qeyd edib.  O əlavə edib ki, hökumət həm də kommunikasiya mərhələsində olan işlərdə AİHM-in suallarına cavab verməkdən imtina...
Siyasət

Gənclər və İdman Nazirliyini tənqid edən federasiya rəhbəri Antalyada vurulub

29 May 2025

Foto: Globalinfo

Azərbaycan Muay Tay Federasiyasının rəhbəri, kikboksinq və muay tay üzrə 9 qat dünya çempionu Araz Musayev mayın 28-də Türkiyənin Antalya vilayətində, Kəmər rayonunda sui-qəsdə məruz qalıb.  Sosial şəbəkələrdə yayılan, təhlükəsizlik kamerası görüntüsünü əks etdirən videoda iki nəfərin bıçaqla Musayevin boynuna zərbə endirdiyi görünür.  Türkiyə mətbuatı hadisə ilə əlaqədar iki Azərbaycan vətəndaşının Antalya Hava Limanında saxlanıldığını yazıb.  “Tibbi heyətin ilkin müdaxiləsindən sonra Musayev təcili yardım maşını ilə xəstəxanaya aparılıb, müalicəsi davam edir”, - “İhlas” xəbər agentliyi yazıb.  Musayev Antalyaya bu şəhərdə keçirilən muay tay üzrə dünya çempionatında iştirak edən azərbaycanlı idmançı heyətinin başçısı kimi gəlib.  O, vurulduqdan sonra “Unikal.az” saytına açıqlamasında...

Seçilmiş Videolar

Toplum TV loqo