Dünya

Gürcüstanda müxalif partiya liderinə yumurta atılıb

17 Fevral, 2025
158

açıq mənbədən götürülüb

Müxalif “Gürcüstan Naminə” partiyasının lideri Giorgi Qaxariya hava limanında hücuma məruz qalıb.

Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.

Tbilisi limanında Qaxariyaya bir neçə yumurta atan şəxs onu alçaldıcı ifadələrlə təhqir edib.

Görüntülərdə Qaxariyanın “agent” və “vətən xaini” adlandırıldığı eşidilir.

“Gürcüstan Naminə” partiyası bəyanatında insidentin Qaxariya Münhen Təhlükəsizlik Konfransından qayıdarkən baş verdiyini bildirib.

Partiya insidentin hakim “Gürcü arzusu“ tərəfindən təşkil edildiyini bəyan edib və polisi laqeydlikdə günahlandırıb.

Giorgi Qaxariya bundan əvvəl yanvarın 15-də Batumidəki “Şeraton” otelində hücuma məruz qalmışdı. Hücum nəticəsində onun burnu qırılmışdı.

Hazırda müxalifət liderlərindən biri olan Qaxariya 2019-2021-ci illərdə Gürcüstanın baş naziri olub.

2024-cü il parlament seçkiləri ərəfəsində “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili “İmedi” telekanalına müsahibəsində Qaxariyanı tənqid edərək, onu “alçaq” adlandırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

İsrail Qətərdə HƏMAS rəhbərliyini hədəfə alıb 

9 Sentyabr 2025

Foto: Reuters

İsrail ordusu Qətərin paytaxtı Dohada mənzillənən HƏMAS rəhbərliyini hədəfə alan hücumlar təşkil edib.  Bu barədə sentyabrın 9-da İsrail Müdafiə Qüvvələri (IDF) bəyanat yayıb.  Dohada bir neçə dəfə partlayış səsləri eşidilib və tüstü müşahidə olunub.  HƏMAS mənbəsinin “Al Jazeera"-yə bildirdiyinə görə, hücum HƏMAS-ın İsraillə danışıqlar aparan qrupunu hədəf alıb. O həm də qeyd edib ki, hücum HƏMAS nümayəndələrinin ABŞ-nin irəli sürdüyü  Qəzzada son atəşkəs təklifini müzakirə etmək üçün toplandıqları vaxt baş verib. HƏMAS daha sonra danışıqlar qrupu başçısının oğlu da daxil olmaqla 5 üzvünün hücumda həlak olduğunu bəyan edib. Danışıqlar aparan şəxslərin öldürülməsini isə inkar edib.  Qətər Xarici İşlər Nazirliyinin sözçüsü...
Dünya

Gürcüstanda etiraz edən rusa 8 il yarım hökm oxunub

2 Sentyabr 2025

Foto: Publika

Gürcüstanda hökumət əleyhinə etirazlarda iştirak edən Rusiya vətəndaşına 8,5 il həbs cəzası verilib.  Anton Çeçin adlı 26 yaşlı etirazçı ötən ilin dekabrında Tbilisidə hökumət əleyhinə etirazlar zamanı saxlanılıb. Ona qarşı narkotik maddələrin daşınması ittihamı irəli sürülüb.  Etirazlarda aktiv iştirak edən Çeçin narkotik maddənin polis tərəfindən üzərinə qoyulduğunu deyib və həb­sini siyasi təzyiq kimi qiymətləndirib.  Sentyabrın 2-də oxunan hökm məhkəmə binasında Çeçinin dəstəkçilərinin etirazına və gərginliyə səbəb olub. Onlar binadan polis tərəfindən zorakılıqla çıxarılıblar.  Hazırda Gürcüstanda etirazlarda iştirak etmiş 6 nəfər narkotik maddələrlə əlaqədar ittihamla həbsdədir.  Rusiyanın Ukraynaya qarşı işğalını tənqid edən Çeçin 2022-ci ildə siyasi təqiblərdən yaxa qurtarmaq üçün ölkəsini...

Seçilmiş Videolar

Toplum TV loqo