Foto: Reuters
İsrail ordusu Qətərin paytaxtı Dohada mənzillənən HƏMAS rəhbərliyini hədəfə alan hücumlar təşkil edib.
Bu barədə sentyabrın 9-da İsrail Müdafiə Qüvvələri (IDF) bəyanat yayıb.
Dohada bir neçə dəfə partlayış səsləri eşidilib və tüstü müşahidə olunub.
HƏMAS mənbəsinin “Al Jazeera"-yə bildirdiyinə görə, hücum HƏMAS-ın İsraillə danışıqlar aparan qrupunu hədəf alıb. O həm də qeyd edib ki, hücum HƏMAS nümayəndələrinin ABŞ-nin irəli sürdüyü Qəzzada son atəşkəs təklifini müzakirə etmək üçün toplandıqları vaxt baş verib.
HƏMAS daha sonra danışıqlar qrupu başçısının oğlu da daxil olmaqla 5 üzvünün hücumda həlak olduğunu bəyan edib. Danışıqlar aparan şəxslərin öldürülməsini isə inkar edib.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü hücumu “cinayət" adlandırıb və "bütün beynəlxalq qanun və normaları açıq şəkildə pozduğunu" deyib.
Ağ Ev sözçüsü Karolayn Levit ABŞ-nin hücum barədə öncədən məlumatlı olmadığını, "yaxın müttəfiq" olan Qətərin ərazisinə hücum etməyin ABŞ-nin maraqlarını gücləndirmədiyini deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Publika
Foto: eeas.europa.eu
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
İlham Əliyev Vaşinqton görüşündən sonra siyasi yumşalmaya gedəcəkmi?
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib