Foto: AAP
Nepalda baş nazir və üç nazir 22 nəfərin ölümü ilə nəticələnən etirazlardan sonra istefa verib.
Etirazlara səbəb hökumətin ötən həftə 26 sosial şəbəkə platformasına girişi qadağan etməsi olub.
Hökumət qadağanı "saxta xəbər, nifrət nitqi və kiberdələduzluqla mübarizə" adı ilə əsaslandırsa da, bu izah küçələrə çıxan minlərlə gənci qane etməyib.
Sentyabrın 8-də küçələrə çıxan gənclər sosial media qadağasından əlavə hökumətin avtoritar mövqeyinə və korrupsiyaya etiraz etdiklərini bildiribər. Onların çoxu “artıq bəsdir” və “korrupsiyaya son” kimi şüarlar yazılmış plakatlar qaldırıblar.
Bəzi etirazçılar baş nazir Şarma Olinin evinə daş atıblar.
Paytaxt Katmanduda polis etirazçıları dağıtmaq üçün su şırnaqlarından, dəyənəklərdən və rezin güllələrdən istifadə edib.
Etirazlarda ən az 22 nəfərin öldüyü bildirilir.
Oli sentyabrın 9-da ölkə boyu artan etirazlara cavab olaraq istefa verib. O, bunu "siyasi böhranın konstitusion yolla həllinə yol açmaq üçün" etdiyini bildirib.
Ondan əlavə, kənd təsərrüfatı, su təchizatı və daxili işlər nazirləri də istefa veriblər.
Eyni zamanda, hökumət sosial media qadağasını da ləğv edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbə
Azərbaycan və Ermənistan bir-birinin hava məkanından istifadə etməyə başlayıb
Foto: açıq mənbə
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
İlham Əliyev Vaşinqton görüşündən sonra siyasi yumşalmaya gedəcəkmi?
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib