Məhkəmə

Apellyasiya Məhkəməsi "Abzas"çılarla bağlı hökmü qüvvədə saxlayıb 

9 Sentyabr, 2025
99

Foto: Abzas Media

Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində "Abzas Media işi" üzrə məhkəmə prosesi keçirilib. 

APA-nın xəbərinə görə, hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, "Abzas"çıların əvvəlki instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb. 

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Şəmşad Ağa: Məhkəmənin gülünc personajına çevrilən biri “möhtərəm və cənab” kimi etiketlərə layiq deyil

8 Sentyabr 2025

Foto: sosial media

“Arqument.az” saytının baş redaktoru, “Meydan TV işi” ilə bağlı həbs edilən jurnalist Şəmşad Ağanın sentyabrın 1-də Xətai Rayon Məhkəməsində çıxışı edib. Meydan TV-nin dərc etdiyi çıxışı təqdim edirik: “Mən məhkəməyə ərizə ilə müraciət etmişdim ki, həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı prosesdə iştirak etmək istəmirəm. Həm siyasi sifarişə boyun əyən məhkəməyə etimadımın olmamasını, həm də səhhətimdəki problemləri əsas gətirərək prosesin vəkillərimin iştirakı ilə keçirilməsini istəmişdim, amma bu gün sentyabrın 1-də – doğum günümdə qəfil gəlib dedilər ki, məhkəməyə çıxırsan.

Maraqlıdır ki, avqustun 30-da müstəntiq təcridxanaya gəlib mənə 7 maddə üzrə ittiham elən edəndə həbs müddətimin daha 1 ay 1 gün uzadılacağını...
Məhkəmə

11 gündür aclıq edən Polad Aslanovun şok keçirdiyi deyilir

8 Sentyabr 2025

Foto: sosial media

Həbsdə olan və aclıq edən jurnalist Polad Aslanov şok keçirib.  Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova "Facebook" səhifəsində xəbər verib.  O yazıb ki, jurnalist sentyabrın 8-inə keçən gecə saat 2 radələrində saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsində şok vəziyyəti keçirib.  "Dedi ki, onu titrəmə tutub, ayaqlarını hiss etməyib və ayıla bilməyib. Yataqda bir neçə dəqiqə köməksiz vəziyyətdə qalıb", - Aslanova qeyd edib.  O, həyat yoldaşının aclıq aksiyasına davam etdiyini və tələblərini yazdığı ərizənin müəssisə rəisi Ramiq Nəsibov tərəfindən hələ də qəbul olunmadığını bildirib.  P.Aslanov avqustun 29-da aclıq aksiyasına başlayıb.  Buna səbəb onun saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsindəki mətbəxdən...

Seçilmiş Videolar

Toplum TV loqo