Dünya

Gürcüstanda müxalif partiyaların qadağasına imkan verən qanun qəbul edilib

14 May, 2025
183

açıq mənbədən götürülüb

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası müxalif siyasi partiyaların qadağan olunmasına imkan verən qanun layihəsini parlamentdə son oxunuşda qəbul edib. 

Yeni qanuna əsasən, Konstitusiya Məhkəməsi daha əvvəl qadağan edilmiş partiyanın məqsədlərinə və ya tərkibinə “sahiblənən” hər hansı partiyanı da ləğv edə bilər.

Hakim partiya bu qanun dəyişikliyini əsasən keçmiş iqtidar partiyası olan Vahid Milli Hərəkatı (VMH) və onunla əlaqəli hesab edilən müxalif qüvvələri hədəf almaq üçün hazırlayıb.

Qanun, həmçinin gələcəkdə yaradılacaq partiyaların da “əvvəlki partiyalarla oxşarlıq” əsasında qadağan olunmasına imkan verir. Müxalifət nümayəndələri qanunun Bidzina İvanişvilinin siyasi rəqibləri istədiyi vaxt sıradan çıxarması üçün “şantaj aləti” olduğunu bildirir.

Partiyaların qadağan olunacağı 2025-ci ilin oktyabrında keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində ihtimal edilsə də, hakim partiya bunun seçkilərdən sonra baş verəcəyini açıqlayıb.

Sözügedən qanun müxalifət partiyalarının iştirak etmədiyi bir parlamentdə qəbul olunub

“Gürcü Arzusu” bu boşluğu özünə bağlı “saxta müxalifət” qrupları ilə doldurub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

ABŞ Ukraynaya 800 milyon dollarlıq hərbi yardımı təsdiqlədi

1 Avqust 2025

Foto: Reuters

ABŞ Senatının büdcə komitəsi 2026-cı maliyyə ili üçün Müdafiə Nazirliyinin 852 milyard dollar məbləğində büdcəsini təsdiqləyib.  Bu, ilin əvvəlində prezident Donald Trampın istədiyindən 21,7 milyard dollar (2,6%) çoxdur.  Bu barədə avqustun 1-də “Reuters” məlumat yayıb. Qanun layihəsinə əsasən, Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) çərçivəsində Ukraynaya 800 milyon dollar, Baltik ölkələrinin təhlükəsizliyi üçün isə əlavə 225 milyon dollar ayrılması nəzərdə tutulur.  Məlumata görə, bu vəsait əvvəlcə Tramp administrasiyası tərəfindən büdcə sorğusuna daxil edilməmişdi. Senator Kris Kuns bildirib ki, Baltik ölkələri üçün ayrılan vəsaitin əhəmiyyətli hissəsi də Ukraynaya dəstəyə yönələcək: “Deyə bilərəm ki, Ukraynaya dəstək ümumilikdə 1 milyard dollar təşkil edir.” USAI...
Dünya

Putin internetdə “ekstremist” materialların axtarışını qadağan edib

1 Avqust 2025

Foto: Reuters

Rusiya prezidenti Vladimir Putin İnzibati Xətalar Məcəlləsinə internetdə “ekstremist” materialların “qəsdən” axtarışını qadağan edən dəyişiklikləri imzalayıb. O, həmçinin cinayət törətmək üçün VPN xidmətlərindən istifadəni ağırlaşdırıcı hal kimi tanıyan qanun imzalayıb.  VPN-in reklamına görə 500 min rubla qədər cərimə tətbiq olunacaq. Düzəlişlər 2025-ci il sentyabrın 1-dən qüvvəyə minir. Rusiyada "ekstremist" materialların siyahısında beş mindən çox maddə var və reyestr Ədliyyə Nazirliyi tərəfindən aparılır.  Bir gün öncə Aleksey Navalnının “Patriot” kitabının da bu siyahıya əlavə edildiyi məlum olub. Ekspertlərə görə, ekstremist fəaliyyətə “əsaslandıran” materiallar və ya “ekstremist”təşkilatların simvolları da ekstremist sayıla bilər.  Bu cür materialların tam siyahısı yoxdur, onlara çoxlu sayda obyektlər,...

Seçilmiş Videolar

Toplum TV loqo