Foto: Georgia Today
Gürcüstanın daxili işlər naziri və baş nazir müavini Vaxtanq Qomelauri istefa verib.
Qomelauri mayın 28-də yaydığı bəyanatda qərarı ailəsinə daha çox vaxt ayırmaq məqsədilə verdiyini bildirib.
O, bu qərarı verməyin asan olmadığını deyib.
“2011-ci ildən etibarən cənab Bidzina İvanişvilinin rəhbərlik etdiyi və ölkəmizdə dönüş yaradan mübarizənin iştirakçısı olmuşam. Bu hökumət komandasının rəhbərliyi altında ölkəmizin əldə etdiyi bütün nailiyyətlər mənim üçün dəyərlidir və qürurvericidir. Bu səbəbdən, mən bu komandaya sadiq qalmağa davam edirəm. Gələcəkdə də ehtiyac yarandığı halda, dövlətin və hakim komandanın yanında olmaq üçün hər zaman hazıram”, - nazir qeyd edib.
Qomelauri 2019-cu ildən daxili işlər naziri və ötən ilin dekabrından baş nazirin müavini idi.
O, həmçinin, 2015-2019-cu illərdə Dövlət Təhlükəsizlik Xidmətinin başçısı olub.
2024-cü il dekabrın 19-da ABŞ və Böyük Britaniya “gürcüstanlı etirazçılara və jurnalistlərə qarşı zorakı hücumlarda və digər ciddi insan haqları pozuntularında iştirakı səbəbilə” Qomelauriyə qarşı iqtisadi sanksiyalar tətbiq ediblər.
Bundan əvvəl, eyni səbəblərlə Baltikyanı dövlətlər tərəfindən də ona sanksiyalar qoyulmuşdu.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Sosial media
Foto: AP
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb
Beynəlxalq təşkilatlar prokurorun “Abzas”çılara istədiyi cəzanı pisləyir