Dünya

HƏMAS Qəzzada idarəçiliyinə son qoyub 

7 İyul, 2026
40

AP

Qəzza zolağına nəzarət edən HƏMAS qruplaşması 19 ildən sonra bölgədə idarəçiliyinə son qoyub. 

HƏMAS-ın media ofisinin iyulun 6-da yayımladığı bəyanatda deyilir ki, zolağın idarəçiliyindən məsul olan Hökumət Fövqəladə Hallar Komitəsinin buraxılmasına qərar verilib. 

Bundan sonra Qəzzada idarəçiliyin Qəzzanın İdarəetməsi üçün Milli Komitəyə veriləcəyi gözlənilir. Bu qurum bu ilin yanvarında ABŞ-nin təşəbbüsü ilə yaradılıb və 15 fələstinli ictimai fiqurdan ibarətdir. Komitə təhsil, səhiyyə və infrastruktur da daxil olmaqla gündəlik mülki xidmətlərə nəzarət edəcək, lakin heç bir siyasi səlahiyyəti olmayacaq. 

HƏMAS-ın sözçüsü Hazem Qassem AFP xəbər agentliyinə bildirib ki, bu qərar İsrailin davam etdirdiyi "işğal, təcavüz və məhvetmə müharibəsi üçün irəli sürdüyü hər hansı bəhanələri aradan qaldırmaq məqsədi daşıyır". 

Ötən ilin sentyabrında ABŞ Qəzza üçün 20 maddədən ibarət sülh planını açıqlayıb. HƏMAS-ın zolaqda idarəçilikdən getməsi, eləcə də tərk-silah olunması bu planda öz əksini tapıb. 

Lakin qruplaşma hələ də tərk-silah olmağa razılaşmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Tramp Hörmüzdə gəmiləri qorumağa görə ödəniş istəyir 

14 İyul 2026

The White House

ABŞ prezidenti Donald Tramp ölkəsinin Hörmüz boğazına nəzarəti tamamilə ələ keçirəcəyini deyib.  O, iyulun 13-də sosial media hesabında yazıb ki, boğazdan təhlükəsiz keçidin təmin olunmasına görə digər ölkələr ABŞ-yə ödəniş edəcəklər.  "ABŞ bundan sonra “Hörmüz boğazının mühafizəçisi” kimi tanınacaq. Lakin bu vəzifəni yerinə yetirməsi müqabilində və ədalət prinsipi əsasında, bu son dərəcə həssas bölgədə təhlükəsizlik və mühafizəni təmin etmək üçün çəkilən bütün zəruri xərclərin əvəzini almaq məqsədilə, daşınan bütün yüklərdən 20% həcmində ödəniş alacağıq. Bu prosesin həyata keçirilməsinə və təşkilinə dərhal başlanılacaq", - o qeyd edib.  Tramp "20 faiz" dedikdə nəyi nəzərdə tutduğuna aydınlıq gətirməyib. CNN-ə danışan analitiklər deyir ki,...
Dünya

“Bloomberg”: Ukraynanın hücumları Rusiyada neft emalını son 20 ilin ən aşağı səviyyəsinə endirib

14 İyul 2026

Zelensky / X

Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində ölkədə neft emalının həcmi son 20 ildən çox müddətdə ən aşağı səviyyəyə enib. Bu barədə “Bloomberg” “EA Analytics” şirkətinin məlumatlarına istinadən xəbər verir. Məlumata görə, iyul ayında Rusiyadakı neft emalı zavodlarında gündəlik orta hesabla 3,91 milyon barel neft emal olunub. Bu göstərici sonuncu dəfə 2005-ci ilin martında daha aşağı səviyyədə qeydə alınıb. Hazırkı həcm ötən ilin eyni dövrü ilə müqayisədə gündəlik təxminən 1,4 milyon barel azdır. Rusiya neft emalına dair rəsmi statistikanı məxfiləşdirdiyindən “EA Analytics” zavodların fəaliyyətini peyk görüntüləri və digər dolayı göstəricilər əsasında qiymətləndirir. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatları da oxşar...

Seçilmiş Videolar

Toplum TV loqo