Dünya

Rusiya Ukraynada SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsini vurub

6 İyul, 2026
22

Apa

Rusiya ordusunun iyulun 5-i axşam saatlarında Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqdoldurma məntəqəsinə zərbələr endirdiyi bildirilir. 

Ukraynanın “Ekonomiçna Pravda” nəşrinin yerli hüquq-mühafizə orqanlarına istinadən məlumatına görə, Mikolayiv şəhərindən 30 kilometr uzaqlıqda, Neçayane kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə “Shahed” dronları ilə 17 dəqiqə aralıqla iki dəfə zərbə endirilib. Hadisə nəticəsində bir qadın xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

O da qeyd olunur ki, Rusiyanın Ukraynanın dərinliklərində logistika obyektlərinə, yük nəqliyyatına və yanacaqdoldurma məntəqələrinə kütləvi zərbələr endirəcəyi barədə hələ iyulun 3-də xəbərdarlıq yayılıb.

“SOCAR Energy Ukraine” şirkətindən “Azərtac”a məlumatı təsdiqləyiblər. Hadisə ilə bağlı hələ ki, Ukrayna, Rusiya və ya Azərbaycan rəsmilərinin açıqlaması yoxdur. 
Ötən ilin avqustunda SOCAR-ın Odessa vilayətində yerləşən neft bazasına “Shahed” dronları ilə hücum edilmişdi. Hadisə nəticəsində dörd nəfər ağır yaralanmışdı. 

Hadisədən sonra Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN-in məlumatında deyilir ki, yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar “kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

“Reuters”: ‘NATO liderləri Ankarada on milyardlarla dollarlıq silah sazişləri elan etməyə hazırlaşır’

7 İyul 2026

AFP

NATO ölkələrinin liderləri Ankarada keçiriləcək sammit çərçivəsində on milyardlarla dollar dəyərində müdafiə sənayesi sazişləri elan etməyi planlaşdırırlar. “Reuters”in yazdığına görə, bu addım Avropa ölkələrinin müdafiə xərclərini artırmaqla bağlı ABŞ-nin çağırışlarını nəzərə aldıqlarını nümayiş etdirmək məqsədi daşıyır. Sammit çərçivəsində açıqlanacaq qərarlar ABŞ prezidenti Donald Trampla keçiriləcək görüş ərəfəsində hazırlanır. NATO-nun baş katibi Mark Rutte bundan əvvəl bildirib ki, Avropa ölkələri son illər müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıblar. Onun sözlərinə görə, buna əsas səbəblərdən biri Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibədən sonra Avropada təhlükəsizliklə bağlı narahatlıqların artmasıdır. Digər mühüm amil isə Donald Trampın NATO-nun Avropa üzvlərini müdafiəyə daha çox vəsait...
Dünya

HƏMAS Qəzzada idarəçiliyinə son qoyub 

7 İyul 2026

AP

Qəzza zolağına nəzarət edən HƏMAS qruplaşması 19 ildən sonra bölgədə idarəçiliyinə son qoyub.  HƏMAS-ın media ofisinin iyulun 6-da yayımladığı bəyanatda deyilir ki, zolağın idarəçiliyindən məsul olan Hökumət Fövqəladə Hallar Komitəsinin buraxılmasına qərar verilib.  Bundan sonra Qəzzada idarəçiliyin Qəzzanın İdarəetməsi üçün Milli Komitəyə veriləcəyi gözlənilir. Bu qurum bu ilin yanvarında ABŞ-nin təşəbbüsü ilə yaradılıb və 15 fələstinli ictimai fiqurdan ibarətdir. Komitə təhsil, səhiyyə və infrastruktur da daxil olmaqla gündəlik mülki xidmətlərə nəzarət edəcək, lakin heç bir siyasi səlahiyyəti olmayacaq.  HƏMAS-ın sözçüsü Hazem Qassem AFP xəbər agentliyinə bildirib ki, bu qərar İsrailin davam etdirdiyi "işğal, təcavüz və məhvetmə müharibəsi üçün irəli sürdüyü...

Seçilmiş Videolar

Toplum TV loqo