Dünya

Tramp Putinə verdiyi 50 günlük müddəti azaltdığını deyir 

28 İyul, 2025
42

Foto: Getty Images

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə Ukrayna ilə sülhə gəlmək üçün verdiyi 50 günlük müddəti azaltdığını deyib. 

O, bunu iyulun 28-də Böyük Britaniya baş naziri Kir Starmerlə görüşdən öncə jurnalistlərə bildirib. 

“Mən Putindən məyusam. Ona verdiyim 50 günlük müddəti azaldacam, çünki məncə indidən bilirəm ki, sonda nə olacaq”, - Tramp qeyd edib. 

O, yeni müddətin 10-12 gün olacağını deyib. 

Tramp iyulun 14-də Putinə Ukrayna ilə sülhə razılaşmaq üçün 50 gün vaxt vermişdi. Əks halda, o, Rusiya və Rusiya neftinin alıcılarına sanksiyalar tətbiq edəcəyi ilə hədələyib. 

İyulun 27-də ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Trampın Putinin laqeydliyinə “səbri tükənmək üzrədir”. 

O, ABŞ və Rusiya prezidentləri arasında “heç bir bəhrəsi olmayan” telefon danışıqlarına istinad edərək Rusiyanın sadəcə olaraq “vaxt öldürdüyünü” deyib. "Tramp bu tələyə düşməyəcək. O, danışıqlar aparmaqdan ötrü sonsuz danışıqlar aparmayacaq", - Rubio bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Rusiya Zaporojyedə cəzaçəkmə müəssisəsini vurub, 16 nəfər ölüb

29 İyul 2025

Foto: Reuters

Rusiya hərbçiləri iyulun 29-na keçən gecə Zaporojye vilayətindəki cəzaçəkmə müəssisəsinə zərbə endirib. Nəticədə 16 nəfər ölüb, 35 nəfər yaralanıb.  Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib. İlkin məlumatlara görə, zərbələr idarə olunan aviabombalardan istifadə edilməklə həyata keçirilib. "Zərərçəkənlərə bütün zəruri tibbi yardım göstərilir. Müəssisənin binaları dağıdılıb. Yaxınlıqdakı fərdi evlərə ziyan dəyib", - deyə o yazıb. Prezident aparatının rəhbəri Andrey Yermak bəyan edib ki, “bu, rusların növbəti hərbi cinayətidir, onların qarşısı alınmasa, dayanmayacaqlar”. Rusiya hərbçiləri Dnepropetrovsk vilayətinin Sinelnikov rayonundakı kəndə zərbələr endirmək üçün dronlardan da istifadə ediblər. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, yanğın söndürülərkən xilasedicilər yenidən xəsarət alıb, yanğınsöndürən maşın isə sıradan...
Dünya

İsrail Qəzzaya yardım girişinə icazə verib

28 İyul 2025

Foto: Reuters

İsrail Qəzza zolağına yardım verilməsinə icazə verib, lakin aylardır sürən ərzaqsızlıq səbəbindən insanlar acından ölməyə davam edir.  İsrail beynəlxalq tənqidlərdən sonra iyulun 27-də Qəzzaya havadan və qurudan humanitar yardım daxil olunmasına icazə verib.  Ötən gün İordaniya və Birləşmiş Ərəb Əmirlikləri paraşütlə ümumilikdə 3 partiya və 25 ton olmaqla Qəzzaya yardım endiriblər.  İsrail, həmçinin, daha çox humanitar yardımın insanlara çatdırılmasını təmin etmək üçün Qəzzanın üç bölgəsində hər gün olmaqla “hərbi fəaliyyətin taktiki dayandırılması”nı elan edib. Hərbi əməliyyatlara fasilə zamanı ordu, həmçinin, BMT və digər agentliklər tərəfindən yardımın çatdırılmasını asanlaşdırmaq üçün dəhlizlər aççağa qərar verib. Bununla, iyulun 27-də BMT-yə aid yüzə yaxın...

Seçilmiş Videolar

Toplum TV loqo