Foto: açıq mənbə
Çeçenistan lideri Ramzan Kadırov sentyabrın 15-də "Telegram" kanalında rusiyalı müğənni Alla Puqaçova haqqında paylaşım edib.
O, paylaşımında müğənninin bu yaxınlarda verdiyi müsahibədəki fikirlərinə cavab olaraq onu “xalq düşməni və xain” adlandırıb.
Kadırov Puqaçovanın çeçen separatçılarının keçmiş lideri, 1991–1996-cı illərdə Çeçenistan rəhbəri olmuş Cövhər Dudayev haqda dediklərinə etiraz edib.
Puqaçova müsahibəsində Dudayevi “qeyrətli, mərd, ağıllı, yaraşıqlı insan” adlandırıb. Kadırov isə Puqaçovanın “çeçen xalqı üçün ən ağır dövrə etinasız yanaşdığını" deyib.
O, Dudayevi “çeçen xalqının problemlərinə biganə” olmaqda günahlandırıb. Çeçen lider, həmçinin, 1994-cü ildə Çeçenistandakı müharibənin “Puqaçova kimi satqınlar” tərəfindən başladıldığı fikrini irəli sürüb.
Ramzan Kadırovun özü də 1994–1996-cı illərdə, Dudayevin rəhbərliyi altında Rusiya ordusuna qarşı döyüşüb. Atası Əhməd Kadırov isə o zaman Çeçenistanın müftisi və Dudayevin silahdaşı olub.
Sonradan Kadırovlar Rusiya hakimiyyətinin tərəfinə keçərək separatçıların əleyhinə çıxıblar.
Kadırov Puqaçovanın digər bəyanatlarına münasibət bildirməyib.
Halbuki Kremlin təbliğatçıları Puqaçovanı, əsasən, Ukraynadakı müharibə ilə bağlı sözlərinə görə tənqid ediblər.
“Bu müharibəni kim bəyənir? Yəqin ki, heç kim. Xüsusilə də, müharibə qardaşlara qarşı olanda", - müğənni deyib.
O, hər zaman yeni müharibələrin başlanmasını səhv hesab etdiyini vurğulayıb və əri Maksim Qalkin “xarici agent” elan edildikdən sonra faktiki olaraq Rusiyanı tərk etməyə məcbur qaldığını bildirib.
Kreml Puqaçovanın müsahibəsinə şərh verməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbə
Foto: Tess Crowley
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib
Azərbaycanda partiya liderləri niyə “beynəlxalq ekspert”ə çevrildi?
İqtisadçı: Çirklənməyə baxmayaraq Avropanın Azərbaycan neftindən imtina şansı yoxdur