Foto: Reuters
İsrail ordusu sentyabrın 16-sı səhər saatlarında Qəzza zolağının mərkəzindəki eyniadlı şəhəri ələ keçirmək üçün quru əməliyyatına başlayıb.
İsrail rəsmilərinin dediyinə görə, əməliyyatın məqsədi zolağa nəzarət edən HƏMAS qruplaşmasını məğlub etməkdir.
İsrail Hərbi Hava Qüvvələri Qəzzaya güclü hava zərbələri endirdikdən sonra tanklar şəhərə daxil olub. Bundan əvvəl İsrail Müdafiə Qüvvələri fələstinlilərə şəhəri tərk edərək zolağın cənubuna, “humanitar zona"lara getməyə çağırıb.
Təxminən 300 min insanın şəhəri tərk etdiyi bildirilir.
“Al-Jazeera”nin xəbərinə görə, İsrail ordusu şəhərin şimal hissəsini ələ keçirməyə çalışır.
İsrail müdafiə naziri İsrael Katsın sözlərinə görə, ordu Qəzza zolağındakı “terrorçu infrastruktur”a “dəmir yumruq”la zərbələr endirir.
“İsrail əsgərləri girovların azad edilməsi və HƏMAS-ın məğlubiyyəti üçün lazım olan şəraiti yaratmaq uğrunda cəsarətlə döyüşürlər. Tapşırığımız yerinə yetənə qədər geri çəkilməyəcəyik və imtina etməyəcəyik,” – deyə nazir vurğulayıb.
2023-cü ilin oktyabrında İsrailin Qəzzanı bombalaması ilə başlayan müharibədə indiyə qədər 65 mindən çox fələstinli ölüb. Onların 20 minə yaxını uşaqlardır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Foto: Getty Images
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib
Azərbaycanda partiya liderləri niyə “beynəlxalq ekspert”ə çevrildi?
İqtisadçı: Çirklənməyə baxmayaraq Avropanın Azərbaycan neftindən imtina şansı yoxdur