Dünya

ABŞ 200 minə yaxın əcnəbinin vizasını ləğv etməyə hazırlaşır

25 Avqust, 2026
13

sosial media

ABŞ Dövlət Departamenti bu ölkədə sığınacaq üçün müraciət etmiş 200 minə yaxın əcnəbinin vizalarını ləğv etməyə hazırlaşır.

Bu barədə avqustun 24-də "Associated Press" (AP) agentliyi adını açıqlamadığı Dövlət Departamenti rəsmilərinə istinadən məlumat yayıb.

Plan baş tutarsa, bunun ölkə tarixində bir dəfəyə ən çox insanın vizasının ləğv edilməsi kimi qeydə alınacağı bildirilir. Dövlət Departamentinin qərarı qarşıdakı bir neçə həftə ərzində açıqlayacağı gözlənilir.

Plan çərçivəsində son 10 ildə ABŞ-yə biznes və turist vizaları ilə gəlmiş, sonradan sığınacaq üçün müraciət etmiş əcnəbilərin hədəf alınacağı deyilir.

Dövlət katibinin müavini Kristofer Landau da avqustun 24-də sosial media hesabında belə bir planın olduğunu dolayı yolla təsdiqləyib:

“ABŞ və bütün dünyada insanlar uydurma sığınacaq iddialarından təngə gəliblər. Sığınacaq sistemi immiqrasiya qanunlarından yan keçmək üçün bir boşluq kimi nəzərdə tutulmayıb”, - o qeyd edib.

Son il yarımda Dövlət Departamenti 175 mindən çox əcnəbinin vizasını ləğv edib. Rəsmi məlumata görə, onlar sərxoş vəziyyətdə avtomobil idarə etməkdən tutmuş zorlama və quldurluğa qədər müxtəlif cinayətlərə görə məhkum edilmiş şəxslər olublar.

Bundan əlavə, İsrailə və ABŞ-nin Yaxın Şərqdəki siyasətinə qarşı açıq şəkildə çıxış edən bəzi şəxslərin də vizaları ləğv edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Paşinyan: "Ermənistan tezliklə Aİ üzvlüyünə müraciətə başlayacaq"

24 Avqust 2026

sosial media

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı ümumxalq referendumunun keçiriləcəyinə əmin olduğunu bildirib. Paşinyan bunu Milli Assambleyadakı çıxışı zamanı deyib. Onun sözlərinə görə, əsas məsələ referendumun nə vaxt keçirilməsidir. Baş nazir vurğulayıb ki, vaxt məsələsi yalnız təşkilati deyil, həm də mahiyyət baxımından əhəmiyyət daşıyır. “Ermənistan ilk növbədə Aİ-yə üzvlüklə bağlı rəsmi müraciət təqdim etməlidir. Ola bilsin ki, tezliklə Aİİ-dəki tərəfdaşlarımızın çağırışlarını nəzərə alaraq bu prosesə başlayaq”, - Paşinyan deyib. O qeyd edib ki, referendum Ermənistan Aİ-yə üzvlük üçün rəsmi müraciət etdikdən, bu müraciətə cavab aldıqdan və üzvlük prosesi ilə bağlı yol xəritəsi əldə etdikdən sonra...
Dünya

Tramp xaricdən gətirilən dronlara 100 faizə qədər rüsum tətbiq edib

14 Avqust 2026

sosial media

ABŞ prezident Donald Tramp pilotsuz uçuş aparatları (PUA) və onların komponentlərinin idxalına yeni gömrük rüsumları tətbiq ediləcəyini açıqlayıb. Administrasiya bu addımı ABŞ-nin dron təchizatında xarici istehsalçılardan həddindən artıq asılı olması ilə əsaslandırır. Ağ Evin yaydığı məlumata görə, Tramp bununla bağlı fərman imzalayıb.  Fərmana əsasən, milli təhlükəsizlik baxımından həssas hesab olunan, müəyyən texniki göstəricilərə malik dronlara 100 faizlik advalor (gömrük dəyərinə mütənasib) rüsum, daha kiçik dronlara isə 25 faizlik gömrük rüsumu tətbiq ediləcək. Bundan əlavə, Avropa İttifaqı, Yaponiya, Lixtenşteyn, Cənubi Koreya, İsveçrə və Tayvandan idxal olunan dronlar və onların komponentləri üçün 15 faiz, Böyük Britaniyadan gətirilən pilotsuz uçuş aparatları üçün isə...

Seçilmiş Videolar

Toplum TV loqo