Dünya

“Reuters”: İrandakı müharibədən sonra ABŞ ardıcıl üçüncü aydır neft ixracında liderdir

12 İyun, 2026
76

Açıq mənbə

Səudiyyə Ərəbistanı neftinin ixrac edildiyi Hörmüz boğazının bağlanması və Rusiya neftinə tətbiq edilən sanksiyalar fonunda ABŞ artıq üçüncü aydır ki, dünyada neft məhsulları ixracında lider mövqeyini qoruyub saxlayır.

Bu barədə ”Reuters” agentliyi “Vortexa” gəmi izləmə xidmətinin məlumatlarına istinadla yazır.

Məlumata əsasən, ABŞ-nin neft və yanacaq ixracı may ayında gündəlik təxminən 10,5 milyon barrelə yüksəlib. Artım yüksək hasilat və ölkənin strateji neft ehtiyatlarının bazara çıxarılması hesabına baş verib. Eyni dövrdə Rusiyanın ixracı 7 milyon barrel, Səudiyyə Ərəbistanının ixracı isə 5,9 milyon barrel təşkil edib.

“Vortexa”-nın 2025-ci il üzrə göstəricilərinə əsasən, həmin il ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı olub və gündəlik ixrac həcmi təxminən 8,1 milyon barrel təşkil edib. ABŞ-nin ixracı 6,6 milyon barrel, Rusiyanın ixracı isə 5,8 milyon barrel səviyyəsində qeydə alınıb.

“Reuters” yazır ki, dünyanın ən böyük neft ixracatçısı mövqeyi Vaşinqtona həm müttəfiqlərlə, həm də rəqiblərlə danışıqlarda əlavə təsir rıçaqları qazandırır. Bu üstünlüyün ABŞ-nin qlobal hərbi gücü və maliyyə sistemindəki dominantlığı ilə birlikdə daha da gücləndiyi bildirilir.

Bundan əlavə, ABŞ hazırda Avropanın əsas xam neft təchizatçılarından birinə çevrilib, həmçinin regiona yanacaq distillatlarının tədarükündə ikinci yerdə qərarlaşıb.

Asiya ölkələrinin də Yaxın Şərqdən tədarükdə yaranan çətinliklər səbəbilə ABŞ neftinə asılılığı artmaqdadır.

11 iyun tarixində ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranın Hörmüz boğazı yaxınlığındakı Xark adası və digər neft infrastrukturlarına nəzarəti ələ keçirməyi və Venesuela nümunəsində olduğu kimi ölkənin neft-qaz bazarına tam nəzarət qurmağı planlaşdırır.
Только что


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

NATO Baltik səmasında təhlükə yaradan hərbi təyyarələrin vurulmasına icazə verdi

10 İyul 2026

NATO Air Command

NATO Baltik ölkələrinin hava məkanını patrul edən hərbi hava qüvvələrinin missiyasının statusunu genişləndirir. Yeni qərara əsasən, NATO qırıcılarının pilotları hava məkanını pozan və təhlükə yaradan pilotsuz uçuş aparatlarını, eləcə də hərbi təyyarələri siyasi icazə almadan vurmaq səlahiyyəti alacaqlar. "NATO Baltik ölkələrinin hava məkanının patrul missiyasını hava hücumundan müdafiə missiyasına çevirir. Bu, Alyansa daha böyük çeviklik qazandıracaq və havadan gələn təhdidlərə daha sürətli reaksiya verməyə imkan verəcək", - Estoniyanın xarici işlər naziri Marqus Tsaxna "X" hesabında yazıb. Nazir bildirib ki, Estoniyadakı "Əmari" aviabazası bundan sonra NATO-nun rəsmi əməliyyat bazası kimi fəaliyyət göstərəcək. Estoniyanın müdafiə naziri Hanno Pevkur isə ERR-ə deyib ki,...
Dünya

Tramp Ukraynaya "Patriot" raketlərinin istehsalı üçün lisenziya verməyə söz verib 

9 İyul 2026

president.gov.ua

ABŞ prezidenti Donald Tramp Ukraynaya "Patriot" raketlərinin istehsalı üçün lisenziya verməyə söz verib.  O, bunu iyulun 8-də Ankarada Şimali Atlantik Müqaviləsi Təşkilatının (NATO) sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə deyib. "Biz başa salandan sonra özləri tez bir zamanda istehsal edə biləcəklər. Bundan sonra [Zelenski] daha şikayət etməyəcək ki, bəs niyə bizə "Patriot" vermirsiniz", - o qeyd edib.  Tramp əlavə edib ki, bu barədə ABŞ şirkətlərinə hələ təlimat verməyib, amma bunun problem olacağını düşünmür.  Dünyanın ən yaxşı hava müdafiə sistemlərindən hesab olunan "Patriot" raketləri qarşı tərəfin atdığı raketləri havada aşkarlayıb məhv edə bilir. Eyni zamanda, onlar ən bahalı sistemlər...

Seçilmiş Videolar

Toplum TV loqo