Siyasət

Beynəlxalq təşkilatlar: “Toplum TV işi”ndə tələb olunan cəzalar tənqidi jurnalistikadan qisas məqsədi daşıyır”

10 İyun, 2026
235

Toplum TV

Beynəlxalq mətbuat azadlığı və insan haqları təşkilatları “Toplum TV işi” üzrə təqsirləndirilən şəxslər üçün tələb olunan 16 ilədək həbs cəzalarını pisləyiblər.

Jurnalistlərin korrupsiya araşdırmaları üzrə beynəlxalq layihəsi OCCRP-nin iyunun 10-da dərc etdiyi məqalədə yer alan reaksiyalara əsasən, beynəlxalq təşkilatlar bu prosesi Azərbaycanda müstəqil mediaya və tənqidi səslərə qarşı təzyiqlərin dərinləşməsinin göstəricisi kimi qiymətləndirirlər.

““Toplum TV”nin dörd əməkdaşı üçün 13 ildən 15 ilədək həbs cəzası istənilib.

Təqsirləndirilən şəxslər -həmtəsisçi Ələsgər Məmmədli, video redaktor Müşfiq Cabbar, müxbir Fərid İsmayılov və sosial media meneceri Elmir Abbasov 2024-cü ilin martında saxlanılıblar. Hakimiyyət orqanları əvvəlcə onları “valyuta qaçaqmalçılığı”nda ittiham edib, daha sonra isə ittiham aktına müxtəlif maliyyə cinayətləri ilə bağlı əlavə maddələr daxil ediblər.

Jurnalistlər irəli sürülən ittihamları qətiyyətlə rədd edərək bildiriblər ki, cinayət təqibi onların araşdırmaçı jurnalistika fəaliyyəti və dərc etdikləri materiallara görə həyata keçirilən qisas xarakterli addımdır”, - yazıda qeyd edilir.

Məqalədə qeyd olunur ki, ittiham tərəfinin tələbləri yalnız “Toplum TV” əməkdaşları ilə məhdudlaşmır. Belə ki, prokuror Rauf Malışov siyasətçi Ruslan İzzətli və III Respublika Platformasının spikeri Akif Qurbanov üçün də 16 il həbs cəzası istəyib. Eyni iş üzrə mühakimə olunan daha üç vətəndaş cəmiyyəti nümayəndəsi üçün isə 14 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzaları tələb olunub.

Müəlliflər vurğulayırlar ki, rəsmi Bakı fərqli fikirləri susdurmaq məqsədilə məhkəmə sistemindən siyasi alət kimi istifadə edir.

“Amnesty International”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Struters OCCRP-yə bildirib ki, tələb olunan cəzalar “hakimiyyətin müstəqil jurnalistikaya qarşı hücumlarını yumşaltmadığını, əksinə daha da gücləndirdiyini göstərir”.

Onun sözlərinə görə, beynəlxalq təzyiqlər indiyədək repressiyaları dayandıra bilməyib və Azərbaycan üzərində təsir imkanları olan tərəflər vəziyyətə müdaxilə etməlidirlər.

“Sərhədsiz Reportyorlar”ın (RSF) Şərqi Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Jan Kavelye isə bildirib ki, prokurorun tələb etdiyi cəzalar “yalnız tənqidi jurnalistikanı cəzalandırmaq deyil, həm də hökumətin açıq tənqidçilərindən qisas almaq və digər jurnalistləri, hətta həbsxanadan belə fəaliyyətlərini davam etdirməkdən çəkindirmək məqsədi daşıyır”.

Kavelye qeyd edib ki, təklif olunan cəzalar cəmi bir il əvvəl çıxarılmış hökmlərlə müqayisədə xeyli sərtdir.

Xatırladılıb ki, 2025-ci ilin iyununda eyni Bakı məhkəməsi araşdırmaçı media qurumu “Abzas Media”nın əməkdaşlarını və “Azadlıq Radiosu”nun Azərbaycan xidmətinin jurnalistini maliyyə cinayətləri ilə bağlı iş üzrə 9 ilədək həbs cəzasına məhkum etmişdi.

“Jurnalistləri Müdafiə Komitəsi”nin (CPJ) Avropa və Mərkəzi Asiya proqramı üzrə koordinatoru Gülnazə Səid isə bildirib:

“Təklif olunan ağır cəzalar Azərbaycan hakimiyyətinin yüksək səviyyəli korrupsiyanı ifşa edən jurnalistikadan nə dərəcədə narahat olduğunu açıq şəkildə göstərir.”

Məqalədə həmçinin vurğulanır ki, “Toplum TV” əməkdaşları 2023-cü ilin sonlarından bəri Azərbaycanda saxlanılan ən azı iki onlarla media nümayəndəsindən yalnız bir neçəsidir.

Hədəf alınan media nümayəndələri arasında “Meydan TV” jurnalistləri də var. Onlar 2024-cü ilin dekabrında həbs edildikdən sonra 12 ilədək həbs cəzası nəzərdə tutan ittihamlarla üzləşiblər.

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Onlar öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Özləri ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

FT: “Fransa Azərbaycandakı vətəndaşlarının azadlığı müqabilində Usmanovdan sanksiyaların götürülməsini istəyir”

16 Sentyabr 2026

president.az

Fransa Azərbaycanda həbsdə olan vətəndaşlarının azad edilməsi müqabilində rusiyalı biznesmen Alişir Usmanovun sanksiya siyahısından çıxarılmasına digər Avropa İttifaqı (Aİ) ölkələrini razı salmağa çalışır. “Financial Times” danışıqlardan məlumatlı üç mənbəyə istinadən yazır ki, mümkün razılaşma Rusiyanın Ukraynaya müdaxiləsinə görə tətbiq edilmiş sanksiyaların uzadılmasını ləngidir. Qəzetə görə, Fransa və Slovakiya Usmanovun siyahıdan çıxarılmasını tələb edərək sanksiyaların daha 12 ay uzadılmasına veto qoyub. Danışıqları davam etdirmək üçün sanksiyaların müddəti bir həftə uzadılıb. Rəsmi Paris iddiaya birbaşa cavab verməyib. Fransalı diplomat isə ölkəsinin milli təhlükəsizliklə bağlı narahatlığını və Usmanov məsələsində müraciət edən beynəlxalq tərəfdaşlarına müsbət cavab vermək istədiyini bildirib. O, Parisin Rusiyaya təzyiqin artırılmasını...
Siyasət

Komitə: “İqbal Əbilovun işgəncə şikayəti araşdırılmayıb, prokuror məhkəməyə gəlməyib”

16 Sentyabr 2026

sosial media

Sentyabrın 15-də Sabunçu Rayon Məhkəməsində həbsdə olan akademik tədqiqatçı İqbal Əbilovun Bakı İstintaq Təcridxanasında fiziki və mənəvi işgəncəyə məruz qalması iddiası ilə bağlı verdiyi şikayətə baxılıb. Bu barədə İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb. Komitənin bildirdiyinə görə, iclasda qarşı tərəfin nümayəndəsi və prokuror iştirak etməyib, şikayət üzrə prokuror tərəfindən araşdırma aparılmayıb. “Əbilovun vəkili Rövşanə Rəhimli bunu əsas gətirərək məhkəmədən növbəti iclasın təyin olunmasını və şikayətin araşdırılmasını istəyib”, - komitə bildirib. İ.Əbilov məhkəmədə hadisələrin necə baş verdiyini danışıb və məhkəmədən Bakı İstintaq Təcridxanasında olduğu müddətdə təhlükəsizliyinin təmin edilməsini istəyib. O, məruz qaldığı rəftarı üzərində talış dilində yazı olan köynək geyinməsi...

Seçilmiş Videolar

Toplum TV loqo