Siyasət

"Human Rights Watch" Azərbaycan hakimiyyətini Rüfət Səfərovu azad etməyə çağırır 

17 İyun, 2026
121

Sosial media

"Human Rights Watch" beynəlxalq insan hüquqları təşkilatı Azərbaycan hakimiyyətini həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovu azad etməyə çağırıb. 

Təşkilat yayımladığı bəyanatda bildirib ki, R.Səfərovun iyunun 12-də
səkkiz il müddətinə azadlıqdan məhrum edilməsi Azərbaycanda "artıq ciddi şəkildə məhdudlaşdırılmış vətəndaş cəmiyyəti məkanına vurulan növbəti zərbədir". 

Bəyanatda xatırladılır ki, R.Səfərov 2024-cü ilin dekabrında ABŞ-nin Bakıdakı səfirliyindən viza götürdüyü gün həbs edilib. O, həmin viza ilə ABŞ Dövlət katibinin "İnsan Hüquqları Müdafiəçisi Mükafatı"nı almaq üçün Vaşinqtona səfər edəcəkdi. 

"Rüfət Səfərovun mühüm beynəlxalq insan hüquqları mükafatını almağa hazırlaşdığı ərəfədə həbs edilməsi bu işin onun insan hüquqları sahəsində fəaliyyətinə görə qisas xarakteri daşıdığına dair ciddi əsaslar yaradır. Onun cinayət təqibi Azərbaycanda jurnalistləri, fəalları, müxalifət nümayəndələrini və insan hüquqları müdafiəçilərini susdurmaq məqsədilə saxta və ya siyasi motivli ittihamlardan istifadə olunması ilə xarakterizə olunan daha geniş tendensiyaya uyğun gəlir.

Azərbaycan hakimiyyəti Rüfət Səfərovu dərhal və qeyd-şərtsiz azad etməli, ona qarşı çıxarılmış hökmü ləğv etməli və siyasi motivli bütün ittihamları geri götürməlidir. Azərbaycanın beynəlxalq tərəfdaşları isə hökumətə vətəndaş cəmiyyətinə qarşı təzyiqlərə son qoymaq və hüquqlarından istifadə etdiklərinə görə saxlanılan bütün şəxsləri azad etmək üçün təzyiq göstərməlidirlər", - təşkilat qeyd edib. 

Rüfət Səfərov 2024-cü il dekabrın 3-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma)  və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

İttiham aktında iddia olunur ki, R.Səfərov Natiq İmanquliyev adlı şəxsə torpaq satmaq adı ilə ondan 60 min manat pul alıb, lakin sonradan torpağı satmayıb, buna görə də N.İmanquliyev R.Səfərovun yaşadığı mənzilin qarajına gəlib və mübahisə zəminində hüquq müdafiəçisi ona xəsarət yetirib. 

R.Səfərov ittihamları rədd edir, həbsinin siyasi sifariş olduğunu bildirir.

Əvvəllər Zərdab Rayon Prokurorluğunda müstəntiq işləmiş R.Səfərov 2015-ci ildə işdən çıxaraq, hökuməti tənqid etmişdi. Bundan sonra o, doqquz il müddətinə həbs edilsə də, 2019-cu ildə əfv edilərək azadlığa çıxmışdı. O, "Müdafiə Xətti" insan hüquqları təşkilatının rəhbəri kimi fəaliyyət göstərirdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo