Siyasət

"Abzas Media" və "Meydan TV" media mükafatına layiq görülüb 

17 İyun, 2026
162

ipi.media

"Azad Media Öncülü" mətbuat azadlığı mükafatının 2026-cı il üzrə qalibləri açıqlanıb.

Beynəlxalq Mətbuat İnstitutu (IPI) və Beynəlxalq Media Dəstəyinin (IMS) təsis etdiyi mükafata Azərbaycandan "Abzas Media" və "Meydan TV" layiq görülüb. Mükafatın digər laureatı Latın Amerikası Araşdırma Jurnalistikası Mərkəzi (CLIP) olub. 

"Azərbaycanın avtoritar Əliyev rejimi tərəfindən təqib və repressiyaların hədəfinə çevrilməsinə baxmayaraq, "Abzas Media" və "Meydan TV" Azərbaycanın getdikcə daha çox repressivləşən media mühitində müstəqil jurnalistikanın nadir ümid mənbələri olaraq qalırlar. 2023-cü ilin noyabrından etibarən hər iki media qurumunun jurnalistlərini hədəf alan həbslər dalğasından sonra sürgündə fəaliyyət göstərməyə məcbur qalan "Abzas Media" və "Meydan TV" xaricdə fəaliyyətlərini davam etdirərək Azərbaycanda korrupsiya və insan hüquqları pozuntuları barədə cəsarətli araşdırmalarını sürdürürlər. Eyni zamanda, həbsdə olan bir çox jurnalistləri də dəmir barmaqlıqlar arxasından məqalələr yazmağa davam edirlər", - qurumların açıqlamasında deyilir. 

Mükafat müstəqil medianın inkişafına və jurnalistikanın yeni imkanlar qazanmasına töhfə verən media qurumlarına təqdim olunur. Mükafata 11 media orqanı namizəd göstərilmişdi.

Mükafatın təqdimetmə mərasimi iyulun 24-26-da Kolumbiyanın paytaxtı Boqotada keçiriləcək.

2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 20-dən çox jurnalist həbs olunub.

Onların arasında "Abzas Media" və "Meydan TV" əməkdaşları da yer alır.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Abzas Media işi” çərçivəsində yeddi media əməkdaşını 7 il 6 aydan 9 ilədək müddətə azadlıqdan məhrum edib. 

“Meydan TV işi” ilə bağlı məhkəmə prosesləri isə hələ də davam edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo