Dünya

Siyasi karikaturaları ilə tanınan rusiyalı rəssam Polşada öldürülüb

16 İyun, 2026
32

Sosial media

Polşanın Byala Podlyaska şəhərində rusiyalı rəssam Semyon Skrepetski silahlı hücum nəticəsində qətlə yetirilib. Hadisə barədə yerli polisə istinadən “Onet” və “Polsat News” nəşrləri məlumat yayıb.

Bildirilir ki, silahlı şəxs avtomobil dayanacağında ona yaxınlaşaraq yaxın məsafədən bir neçə dəfə atəş açıb.

Şübhəlilərdən biri Byala Podlyaskadakı Belarus konsulluğunun yaxınlığında saxlanılıb. 

“DzikMedia” isə iddia edir ki, qətli törədən şəxslər hadisə yerinə Belarusdan olan taksi sürücüsü tərəfindən gətirilib.

Polşa Prokurorluğunun mətbuat xidməti qətl hadisəsinin baş verdiyini təsdiqləsə də, onun kimliyini açıqlamayıb.

Semyon Skrepetski rusiyalı rəssam Robert Kuzovkovun yaradıcılıq təxəllüsüdür. O, siyasi karikaturaları ilə tanınıb. Skrepetski Vladimir Putin, Aleksey Navalnı, Ramzan Kadırov və Aleksandr Lukaşenko da daxil olmaqla müxtəlif siyasi fiqurların karikaturalarını çəkib.

Rəssam 2021-ci ildə Rusiyanı tərk edərək Polşaya mühacirət edib.

İyunun 12-də, Rusiya Günündə Skrepetski etiraz aksiyası keçirib. O, aksiyaya ayağında ənənəvi rus çarıqları, şalvarına bağlanmış Rusiya bayrağı və Stalinlə Putinin ikonaya bənzər üslubda təsvir edildiyi tablo ilə çıxıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ və İran müharibəni bitirir

15 İyun 2026

Açıq mənbə

ABŞ prezidenti Donald Tramp və ABŞ ilə İran arasında vasitəçilik edən Pakistanın baş naziri Şahbaz Şərif bəyan ediblər ki, tərəflər sülh sazişi əldə ediblər və razılaşma artıq qüvvəyə minib.  “İntensiv danışıqlardan sonra məmnuniyyətlə elan edirik ki, ABŞ ilə İran arasında sülh sazişi əldə olunub. Hər iki tərəf Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi dayandırıldığını bəyan edib”, - Ş.Şərif özünün "X" hesabında yazıb. Rəsmi imzalanma mərasiminin iyunun 19-da İsveçrədə keçiriləcəyi gözlənilir. Donald Tramp da İranla əldə olunan sazişin qüvvəyə mindiyini təsdiqləyib. “Bununla Hörmüz boğazının rüsumsuz açılmasına və ABŞ Silahlı Qüvvələri tərəfindən tətbiq edilən dəniz blokadasının dərhal ləğvinə...
Dünya

“Reuters”: İrandakı müharibədən sonra ABŞ ardıcıl üçüncü aydır neft ixracında liderdir

12 İyun 2026

Açıq mənbə

Səudiyyə Ərəbistanı neftinin ixrac edildiyi Hörmüz boğazının bağlanması və Rusiya neftinə tətbiq edilən sanksiyalar fonunda ABŞ artıq üçüncü aydır ki, dünyada neft məhsulları ixracında lider mövqeyini qoruyub saxlayır. Bu barədə ”Reuters” agentliyi “Vortexa” gəmi izləmə xidmətinin məlumatlarına istinadla yazır. Məlumata əsasən, ABŞ-nin neft və yanacaq ixracı may ayında gündəlik təxminən 10,5 milyon barrelə yüksəlib. Artım yüksək hasilat və ölkənin strateji neft ehtiyatlarının bazara çıxarılması hesabına baş verib. Eyni dövrdə Rusiyanın ixracı 7 milyon barrel, Səudiyyə Ərəbistanının ixracı isə 5,9 milyon barrel təşkil edib. “Vortexa”-nın 2025-ci il üzrə göstəricilərinə əsasən, həmin il ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı olub və gündəlik...

Seçilmiş Videolar

Toplum TV loqo