Foto: açıq mənbədən götürülüb
Litva hökuməti Gürcüstanın diplomat və dövlət məmurları üçün vizasız rejimi ləğv edib.
Bu qərar Avropa İttifaqı Şurasının 2025-ci ilin yanvarında qəbul etdiyi, Gürcüstan rəsmilərinə qarşı viza rejiminin sərtləşdirilməsi qərarına əsaslanır.
Yeni qaydalara görə, Gürcüstanın diplomatları və dövlət məmurları, həmçinin onların ailə üzvləri Litvaya qısamüddətli səfərlər üçün viza almalı olacaqlar.
Bundan əlavə, onlar artıq uzunmüddətli vizaların alınması üçün sadələşdirilmiş prosedurlardan istifadə edə bilməyəcəklər.
Bu addım, Gürcüstan hökumətinin 2024-cü ildə Avropa İttifaqına inteqrasiya prosesindən imtina etməsi və ölkədə baş verən kütləvi etirazlara qarşı tətbiq olunan repressiyalara cavab olaraq atılıb.
Litva, Latviya və Estoniya Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edən ilk ölkələr olub.
Bu sanksiyalar çərçivəsində, “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvili və daxili işlər naziri Vaxtanq Qomelauri kimi şəxslərin Avropa İttifaqına daxil olması qadağan edilib.
Estoniya da Gürcüstanın diplomat və dövlət məmurları üçün vizasız rejimi ləğv edib.
Estoniya Xarici İşlər naziri Marqus Tsahkna bildirib ki, bu addım beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa İttifaqının, dinc etirazçılara və jurnalistlərə qarşı tətbiq olunan repressiyalara, polisin cəzasızlığına və “Gürcü Arzusu” partiyasının susqunluğuna qarşı dözümsüzlüyünü göstərir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Reuters
Foto: mfa.am
“Abzas Media işi”ndə şahidlər dindirilib
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub