Siyasət

Əli Kərimlinin daha bir mühafizəçisi və sürücüsü həbs olunub

22 May, 2025
488

Foto: sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi işləyən Novruz Tağıyev barəsində cinayət işi açılıb. 

Kərimlinin mayın 21-də "Facebook" hesabında verdiyi məlumatda bildirilir ki, Tağıyevə qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. 

"Dünəndən oğurladıqları Novruz bəy barəsində artıq həbs qətimkan tədbiri seçib, göndəriblər Kürdəxanı təcridxanasına. Novruz bəy əqidəli cəbhəçi, dürüst, inanclı və şəxsiyyətli bir insandır. Ev alqı-satqısı işlərində vasitəçilik  (maklerlik) edərək, halal qazancı ilə ailəsini saxlayırdı. Yalnız cəbhəçi olduğu,  mənim yanımda olduğu üçün şərləyib həbs etdilər Novruz bəyi", - partiya sədri qeyd edib. 

Digər AXCP fəalı, Ə.Kərimliyə ictimai əsaslarla sürücülük etmiş Rəşad Əliyev isə 25 sutka inzibati qaydada həbs olunub. 

Bundan əvvəl, aprelin 1-də Kərimlinin ictimai əsaslarla işləyən sürücüsü Zaur Rzalı inzibati qaydada həbs olunub. Mayın 5-də isə partiya sədrini maşını ilə tədbirlərə aparmış Asam Əli və mühafizəçisi Kənan İsmayıl da 30 sutka həbs olunublar. 

Onun digər mühafizəçisi Niyaməddin Əhmədov isə terroru maliyyələşdirmədə ittiham olunaraq 13 il azadlıqdan məhrum edilib. Daha bir mühafizəçisi Kənan Basqal isə martda bir şəxsi bıçaqlama ittihamı ilə həbs olunub. Onlar ittihamları qəbul etmirlər.

AXCP-nin 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir.

"İlham Əliyev öz siyasi rəqibi ilə yalnız belə üsullarla  "yarışır" və ona görə də polis gücünə, şər aparatı gücünə "qalib olur". Mədəni dünyada artıq dövlət başçıları  bu yolla hakimiyyətdə qalmağı özlərinə rəva görmürlər. Müasir dövrdə dövlət başçıları  rəqiblərilə mədəni qaydada, azad seçkidə yarışır, xalqdan mandat alanda hakimiyyətdə qalır, xalq səs verməyəndə isə hakimiyyətdən getməkdən qorxmurlar, hakimiyyətdən beş əllə yapışmırlar", - Kərimli qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi: 8 il əvvəlki sistemə qayıdış?

23 Oktyabr 2026

sosial media

Prezident İlham Əliyevin oktyabrın 19-da imzaladığı fərmanla Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib.  Fərmana əsasən, TƏBİB publik hüquqi şəxs kimi fəaliyyətini davam etdirəcək və onun Müşahidə Şurasının səlahiyyətlərini nazirliyin yaratdığı komissiya həyata keçirəcək. Əliyevin həmin gün imzaladığı sərəncamla TƏBİB-in icraçı direktoru Anar Bayramov səhiyyə naziri təyin olunub. Digər sərəncamla isə səhiyyə naziri Teymur Musayev baş nazir müavini təyin edilib.  Prezident TƏBİB-i 2018-ci ilin dekabrında imzaladığı fərmanla yaratmış və Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrini bu qurumun tabeliyinə vermişdi. 2022-ci ildə verilən fərmanla isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin TƏBİB üzərindəki səlahiyyətləri...
Siyasət

Əli Kərimli və Məmməd İbrahimə qarşı cinayət işi məhkəməyə göndərilib

23 Oktyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiya Ali Məclisinin katibi Məmməd İbrahim barəsində açılan cinayət işi məhkəməyə göndərilib. “Qafqazinfo”nun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin topladığı istintaq materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim olunub. İlk məhkəmə iclasının vaxtı hələ açıqlanmayıb. Hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə yekun ittiham irəli sürülüb. Bu maddə hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Əli Kərimli 2025-ci il noyabrın 29-dan həbsdədir. O, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlmiş hərəkətlərdə ittiham olunur. AXCP sədri ittihamı...

Seçilmiş Videolar

Toplum TV loqo