Siyasət

Ruslan İzzətli: Cənubi Qafqaz ölkələri indi də rus imperalizmindən əziyyət çəkir

22 May, 2025
51

Foto: sosial media

III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli Kürdəxanı İstintaq Təcridxanasından yazır:

Parlamentin ilk spikeri Əlimərdan bəy Topçubaşov 18 avqust 1924-cü ildə dövlətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə yazırdı ki, “ruslar olmasa qafqaz xalqları həmişə bir-birini doğrayacaqmış. Ümumiyyətlə, ruslar bu xalqların qarşlıqlı düşmənçiliyi və ədavəti haqqında hər cür uydurma yaymaqda davam edirlər…”

XX əsrin əvvəllərində rus imperalizmindən əziyyət çəkən Cənubi Qafqaz ölkələri eyni siyasətin yenə də təsiri altındadırlar. Rus imperalizmi özünü yalnız hərbi gücdən yox, yumşaq gücdən istifadə edərək də göstərir. Bu gün Şərqi Avropada, Cənubi Qafqazda rus imperalizminin təsiri altında olan siyasətçilər, media quruluşları kifayət qədər aktivdir.

Cənubi Qafqazın hər üç ölkəsinin siyasi mənzərəsini göz önünə gətirdikdə Kremldən idarə olunan siyasi fiqurları aydın görə bilərik. Məqsədləri Cənubi Qafqazın avro-atlantik məkana inteqrasiya etməsinin qarşısını almaqdır. 

Hər üç Cənubi Qafqaz ölkəsində millətçi, populist çıxışların aktivləşməsi Qafqaz xalqları arasında həmrəyliyin qarşısını almaqla yanaşı Kremlin bölgədə möhkəmlənməsinə xidmət edir. 

2008-ci ildə Gürcüstan ərazisini işğal edib qondarma rejimlər yaradan, Ermənistan və Azərbaycanı təsir altında saxlamaq üçün Qarabağ kartından istifadə edən Kreml imperalizmdən qurtulmaq üçün nə etməliyik? Xarici siyasət strategiyamız necə olmalıdır?

Beynəlxalq münasibətlərdə baş verən dalğalanmalardan təsirlənib “mövsümi müttəfiqlik” siysəti nə hakimiyyətin, nə də ölkəmizin strateji maraqlarına uyğun deyil.

İkinci Qarabağ Müharibəsindən sonra strateji müttəfiqlik müqaviləsi imzaladığımız Rusiyanın 2024-cü ildə mülki təyyarəmizi vuraraq onlarla vətəndaşımızın həlakına səbəb olmasına baxmayaraq Kremlin hələ də susmasını yəqin ki, unutmamısınız. 

Azərbaycan olaraq maraqlarımıza uyğun müxtəlif dövlətlərlə iki tərəfli və çox tərəfli müqavilələr imzalamalıyıq. Amma xarici siyasətimizə strateji olaraq Cənubi Qafqaz Evi pəncərəsindən baxmalıyıq.

Cənubi Qafqaz ölkələrinin avro-atlantik məkana inteqarsiyası, Kremlin imperalizmdən xilası Cənubi Qafqaz Evinin yaradılmasından keçir. 

Cənubi Qafqaz Evi ideyasını XX əsrin əvvəllərində Ə.Topçubaşov və M.Ə.Rəsulzadə hər üç Cənubi Qafqaz ölkəsinin Rusiya tərəfindən işğalından sonra daha çox qabartdılar. Qurucu babalarımızın ideyası bugün də aktuallığını qoruyur.

Cənubi Qafqaz Evinin yaranmasının sürətlənməsi təbii ki, hər üç ölkədə legitimliyi xalqdan alan, demokratik iqtidarlardan asılıdır. 

İkinci Qarabağ Müharibəsindən sonra hər üç ölkənin Avropa Birliyi modelində ittifaq qurması daha da real görünür.

Ortaq iqtisadi, siyasi, sosial və mədəni ittifaq bölgənin təhlükəsizliyini daimi edəcək. Hər üç Cənubi Qafqaz ölkəsi coğrafi mövqeyə görə daimi təhlükəsizliyə, stabilliyə, fərdi yox kollektiv siyasi düşüncə ilə nail ola biləcək. Əks halda avro-atlantik məkana fərdi inteqrasiya cəhdi, Kremlin hərbi və ya yumşaq gücünün təsiri ilə nəticələnəcək. 

Gürcüstan 2008-ci ildə yaşadıqlarını, bu gün Kreml mövcud vəziyyətinə görə reallaşdıra bilməsə də, Tbilisidə və Yeravanda Kremlə yaxın siyasətçilərin verdikləri qərarlar , açıqlamalar avro-atlantik məkana inteqrasiyanın tam qarşısını almasa da, ciddi irəliləyişlərin olmadığını da görürük.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ərazi bütövlüyünü,suverenliyini bərpa etdi. Artıq maraqlarımız bölgədə stabilliyin və təhlükəsizliyin qorunmasıdır. Tarixi nostalgiya ilə yaşayıb, millətçi və populist siyasi mesajlar xalq olaraq nə dövlət, nə də regional marağımıza uyğundu.

Azərbaycan Qafqaz Evinə ev sahibliyi etməlidir. Bütün formalarda buna potensialımız çatır. Dövlət olaraq büdcəmiz və enerjimiz nəticəsi olmayan, maraqlarımıza xidmət etməyən hər hansısa təşəbbüs qruplarına yox, Cənubi Qafqazda daimi sülhün, stabilliyin və rifahın hakim olmasına yönəldilməlidir. 

Sonda fikrimi dövlətimizin qurucusu M.Ə.Rəsulzadənin 7 dekabr 1918-ci ildə parlamentimizin açılış nitqində Rusiyaya münasibəti haqda fikirləri ilə bitirirəm.

“Bizim Rusiya xalqına qarşı heç bir düşmənçiliyimiz və nifrətimiz yoxdur. Rusiyaya qarşı nifrət Rusiyada diktatura altında əzilən xalqa nifrət demək deyil. Hər bir millət müstəqil və azad olmalıdır. Azad olduqdan sonra digər millətlərlə müstəqil şəkildə ittifaqa girməlidir. Biz Rusiya iqtidarının gerçək rus demokrasinin əlinə keçməsini istəyirik…”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Beynəlxalq təşkilatlar prokurorun “Abzas”çılara istədiyi cəzanı pisləyir

22 May 2025

Foto: Abzas Media

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Abzas Media işi”ndə təqsirləndirilən şəxslərə dövlət ittihamçısının 11-12 il həbs cəzası istəməsini pisləyib.  “Bu jurnalistlərin yeganə “günahı” korrupsiyanı cəsarətlə araşdırmaqdır. Hazırda 20-dən çox müstəqil jurnalist oxşar saxta ittihamlarla üzləşir. Beynəlxalq ictimaiyyət təcili şəkildə Azərbaycanı bu utancverici təzyiqlərə son qoymağa çağırmalıdır,” – CPJ-nin proqram direktoru Karlos Martinez de la Serna bəyanatında bildirib. Sərhədsiz Reportyorlar (RSF) təşkilatı da oxşar bəyanat yayaraq “Abzas"çılara “ümumilikdə 80 il” iş istənilməsini qınayıb. Həmçinin, RSF mayın 19-da Azərbaycanda həbsdə olan 25 jurnalistin fotolarından ibarət qalereya yaradıb və bəyanat verib.  “Artıq iki onillikdən çoxdur ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəsində media plüralizmini sistemli şəkildə...
Siyasət

Əli Kərimlinin daha bir mühafizəçisi və sürücüsü həbs olunub

22 May 2025

Foto: sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi işləyən Novruz Tağıyev barəsində cinayət işi açılıb.  Kərimlinin mayın 21-də "Facebook" hesabında verdiyi məlumatda bildirilir ki, Tağıyevə qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.  "Dünəndən oğurladıqları Novruz bəy barəsində artıq həbs qətimkan tədbiri seçib, göndəriblər Kürdəxanı təcridxanasına. Novruz bəy əqidəli cəbhəçi, dürüst, inanclı və şəxsiyyətli bir insandır. Ev alqı-satqısı işlərində vasitəçilik  (maklerlik) edərək, halal qazancı ilə ailəsini saxlayırdı. Yalnız cəbhəçi olduğu,  mənim yanımda olduğu üçün şərləyib həbs etdilər Novruz bəyi", - partiya sədri qeyd edib.  Digər AXCP fəalı, Ə.Kərimliyə ictimai əsaslarla sürücülük etmiş Rəşad Əliyev isə 25...

Seçilmiş Videolar

Toplum TV loqo