İctimai fəal və müəllim Dəyanət Çələbinin inzibati qaydada həbs olunduğu bildirilir.
Bu barədə "Politfm" xəbər yayıb.
Qeyd olunur ki, o, polisə müqavimət göstərməkdə ittiham olunaraq Xətai rayon Məhkəməsi tərəfindən 30 sutkalıq inzibati həbs olunub.
Sosial şəbəkələrdə aktivliyi ilə bilinən D.Çələbi siyasi motivlərlə həbs olunan jurnalist və fəallara azadlıq tələb edirdi.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 350 nəfər siyasi məhbus var.
Rəsmilər isə bir qayda olaraq ölkədə siyasi motivli həbslər olmadığını deyirlər.
Beynəlxalq insan haqları təşkilatları, ABŞ Dövlət Departamenti isə hökuməti haqsız həbs olunanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Müdafiə Nazirliyi
Foto: sosial media
“Abzas Media işi”ndə şahidlər dindirilib
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub