sosial media
Suriya məhkəməsi ölkənin sabiq prezidenti Bəşər Əsəd ölüm cəzasına məhkum edib.
Bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA məlumat yayıb.
Məlumata görə, Əsəd, onun əmisi oğlu, keçmiş briqada generalı Atif Nəcib və daha yeddi nəfər Suriya xalqına qarşı hərbi cinayətlər, qətllər, işgəncələr və insanlığa qarşı cinayətlər törətməkdə təqsirli biliniblər.
İttihamlar 2011-ci ildə Dəraa vilayətində siyasi dəyişikliklər və azadlıq tələbi ilə keçirilən dinc etiraz aksiyalarının amansız şəkildə yatırılması ilə bağlıdır. Bildirilir ki, Bəşər Əsəd rejimi etirazlara kütləvi həbslər və zorakılıqla cavab verib.
Bu isə sonradan yüz minlərlə insanın həyatına son qoyan və ölkənin böyük hissəsini dağıntılara çevirən vətəndaş müharibəsinə səbəb olub.
Bəşər Əsəd 2024-cü ilin dekabrında hakimiyyətdən devrilib və daha sonra ailəsi ilə Suriyanı tərk edərək Rusiyaya sığınıb.
2025-ci ildə Suriya hakimiyyəti Bəşər Əsədin həbsi barədə order verib. Hazırda onun Moskvada yaşadığı bildirilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Telegram
Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib