Dünya

Tramp: “Biz də İrandan təzminat tələb edirik”

11 Avqust, 2026
10

sosial media

“Görürəm ki, İran İslam Respublikasının nümayəndələri son beş ay davam edən hərbi münaqişə zamanı onlara dəymiş zərərə görə təzminat tələb edirlər. Bu münaqişə onların nüvə silahına sahib olmaması üçün başladılıb. Halbuki, danışıqlarımızın və görüşlərimizin heç birində belə bir məsələ heç vaxt müzakirə olunmayıb!”
 
Bunu ABŞ prezidenti Donald Tramp öz “Truth Social” hesabında yazıb.
 
Tramp İranın törətdiyi yol kənarındakı partlayışlar və məşhur olduqları çoxsaylı münaqişələr nəticəsində öldürülən və ağır yaralanan bütün insanların müqabilində təzminat tələb etdiyini bildirib.
 
“Bunlara əvvəlcə general Süleymaninin rəhbərliyi ilə həyata keçirilən hücumlar, o cümlədən “USS Cole” gəmisində həlak olanların ailələri və döyüşlərdə öldürülən minlərlə digər insan daxildir”, -Tramp əlavə edib.
 
O bildirib ki, bundan əlavə, son beş ayda öldürülən 52 min insanı nəzərə almasa belə İranın son 50 il ərzində öldürdüyü yüz minlərlə günahsız etirazçının ailələrinə də təzminat ödənilməlidir.
 
“Nümayəndələrimə tapşırmışam ki, bu məsələni bundan sonra keçiriləcək bütün danışıqlarda qəti şəkildə gündəmə gətirsinlər”, - Tramp bildirib.

ABŞ və İran arasında münasibətlər onilliklərdir gərgin olaraq qalır. Bu il baş verən hərbi qarşıdurmadan sonra tərəflər atəşkəsə razılaşsalar da, nüvə proqramı, sanksiyalar və müharibənin nəticələri ilə bağlı fikir ayrılıqları davam edir. İran dəymiş ziyana görə kompensasiya tələb etdiyini bildirir, ABŞ isə bu tələbi rədd edir və əksinə, İranın illər ərzində törətdiyi hücumlara görə məsuliyyət daşımalı olduğunu bəyan edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Məhkəmə Bəşər Əsədə ölüm hökmü çıxarıb

11 Avqust 2026

sosial media

Suriya məhkəməsi ölkənin sabiq prezidenti Bəşər Əsəd ölüm cəzasına məhkum edib. Bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA məlumat yayıb. Məlumata görə, Əsəd, onun əmisi oğlu, keçmiş briqada generalı Atif Nəcib və daha yeddi nəfər Suriya xalqına qarşı hərbi cinayətlər, qətllər, işgəncələr və insanlığa qarşı cinayətlər törətməkdə təqsirli biliniblər. İttihamlar 2011-ci ildə Dəraa vilayətində siyasi dəyişikliklər və azadlıq tələbi ilə keçirilən dinc etiraz aksiyalarının amansız şəkildə yatırılması ilə bağlıdır. Bildirilir ki, Bəşər Əsəd rejimi etirazlara kütləvi həbslər və zorakılıqla cavab verib.  Bu isə sonradan yüz minlərlə insanın həyatına son qoyan və ölkənin böyük hissəsini dağıntılara çevirən vətəndaş müharibəsinə səbəb olub....
Dünya

Kadırov 20 yaşlı oğluna “Çeçenistan Qəhrəmanı” adı verib

10 Avqust 2026

Telegram

Çeçenistan rəhbəri Ramzan Kadırovun 20 yaşlı oğlu Əhməd Kadırov respublikanın ən yüksək dövlət təltifi sayılan “Çeçenistan Qəhrəmanı” adına layiq görülüb. Sərəncamı Ramzan Kadırov imzalayıb. Sənəddə Əhməd Kadırovun bu ada Çeçenistana “şəxsi xidmətlərinə”, eləcə də bədən tərbiyəsi və idmanın inkişafına verdiyi töhfəyə görə layiq görüldüyü bildirilir. Əhməd Kadırov 2024-cü ilin mayından Çeçenistanın idman naziri, 2026-cı ilin fevralından isə respublika hökuməti sədrinin təhsil məsələləri üzrə müavinidir. “Çeçenistan Qəhrəmanı” adı 2022-ci ilin noyabrında təsis olunub və respublikanın ən yüksək dövlət mükafatı hesab edilir. Bu ada ilk dəfə 2022-ci ilin dekabrında Ramzan Kadırov özü layiq görülüb. Əhməd Kadırov son illərdə bir sıra digər mükafatlar...

Seçilmiş Videolar

Toplum TV loqo