Dünya

Moldova Stalin repressiyalarının inkarına görə cinayət məsuliyyəti tətbiq etməyə hazırlaşır

29 İyun, 2026
20

Açıq mənbə

Moldovada Stalin rejimi dövründə baş vermiş 1946-1947-ci illər aclığının və deportasiyaların inkarına görə cinayət məsuliyyətinin tətbiqi təklif olunur. Yeni qanun layihəsi bu hadisələrin ictimai şəkildə inkarını, onlara bəraət qazandırılmasını, mübahisələndirilməsini və ya miqyasının kiçildilməsini cəzalandırmağı nəzərdə tutur.

Qanun layihəsi hakim "Fəaliyyət və Həmrəylik Partiyası"nın (PAS) bir qrup deputatı, o cümlədən parlamentin sədri İqor Qrosu tərəfindən parlamentə təqdim edilib.

"NewsMaker"in məlumatına görə, "1946–1947-ci illər aclığı və Stalin rejiminin Moldova sakinlərinə qarşı həyata keçirdiyi deportasiyaların qurbanlarının xatirəsinə" həsr olunmuş qanun layihəsi iyunun 26-da parlamentdə qeydiyyata alınıb.

Sənəd müəllifləri 1946–1947-ci illər aclığının sovet totalitar rejimi tərəfindən törədilmiş bəşəriyyətə qarşı cinayət kimi rəsmən tanınmasını təklif edirlər. Layihədə həmçinin həmin faciənin ictimai şəkildə inkarına, ona bəraət qazandırılmasına, mübahisələndirilməsinə və ya miqyasının kiçildilməsinə görə cinayət məsuliyyətinin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, Cinayət Məcəlləsinin 176-cı maddəsinin 2-ci hissəsinin həm başlığına, həm də mətninə "deportasiyalar və ya aclıq" ifadəsi əlavə ediləcək. Bununla da deportasiyaların və ya 1946-1947-ci illər aclığının açıq şəkildə inkarı, mübahisələndirilməsi, dəstəklənməsi və ya bəraət qazandırılması altı aydan beş ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla biləcək.

2025-ci ilin iyununda Moldova prezidenti Maya Sandu deportasiya edilmiş ölkə sakinlərinə aid təxminən 20 min şəxsi işin Milli Arxivə təhvil verildiyini açıqlayıb.

"İyul ayından etibarən hər bir ailə nəhayət diktaturanın qaranlığında itən insanların adlarını tapmaq və bərpa etmək imkanı əldə edəcək. Bu təhvilvermə sayəsində kommunist rejimi dövründə siyasi repressiyalara məruz qalan insanların bütün işləri artıq bir yerdə - Milli Arxivdə toplanıb", - deyə M.Sandu bildirib.

Prezident xatırladıb ki, Moldovada ilk Stalin deportasiyası 1941-ci il iyunun 12-dən 13-nə keçən gecə başlayıb. Onun sözlərinə görə, sovet hakimiyyəti insanların taleyini məhv edib, ailələri parçalayıb və minlərlə günahsız insanı ölümə məhkum edib. Deportasiya olunanlar illərlə qazandıqları hər şeyi itirərək məcburi əmək düşərgələrinə göndərilib və onların bir çoxu bir daha vətənə qayıtmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Putin: “Ukraynanın hücumları Rusiyada yanacaq çatışmazlığına səbəb olub”

29 İyun 2026

AFP

Rusiya prezidenti Vladimir Putin Ukraynanın ölkəsinin neft emalı zavodlarına hücumlarının "problemlər yaratdığını" etiraf edib.  O, bunu iyunun 28-də Rusiya dövlət televiziyasına müsahibəsində deyib.  Putin hücumlardan sonra Rusiyada "müəyyən səviyyədə yanacaq çatışmazlığının olduğunu" deyib, lakin əlavə edib ki, bu, "kritik həddə deyil". "Hücumların problemlər yaratdığı şübhəsizdir. Lakin bir neçə günlük yanacaq ehtiyatları var. Quru və dəniz üzərindən yanacaq çatdırılması da artacaq. Zərər görmüş bütün enerji obyektləri kifayət qədər tez bərpa olunur və hər şey böyük təhlükəsizlik ehtiyatı ilə işləyir", - o bildirib.  "Bu, təkcə yanacaq böhranı yaratmaq cəhdi deyil, həm də bizi heç olmasa qısa müddətə qoşunlarımızın irəliləyişini dayandırmağa məcbur etmək...
Dünya

ÜST: “Avropada istilər 1300-dən çox insanın ölümünə səbəb olub”

29 İyun 2026

Açıq mənbə

İyunun 21-dən bəri Avropada yüksək temperaturla əlaqədar 1300-dən çox ölüm halı qeydə alınıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus məlumat verib. Onun sözlərinə görə, hazırda Avropada təxminən 150 milyon insan ekstremal istilərin təsiri altında yaşayır. Qebreyesus bildirib ki, qitədəki yaşayış evləri, iş yerləri və məktəblər belə yüksək temperatur şəraiti nəzərə alınmadan inşa edilib. Halbuki anomal istilər artıq demək olar ki, hər il müşahidə olunur. "Avropa Yer kürəsində ən sürətlə istiləşən qitədir. Burada temperatur qlobal orta göstəricidən iki dəfə daha sürətlə artır", - deyə ÜST rəhbəri vurğulayıb. O, Avropa ölkələrini isti hava şəraitində əhalinin sağlamlığının qorunması üçün...

Seçilmiş Videolar

Toplum TV loqo