Dünya

Moldova Stalin repressiyalarının inkarına görə cinayət məsuliyyəti tətbiq etməyə hazırlaşır

29 iyun, 2026
182

Açıq mənbə

Moldovada Stalin rejimi dövründə baş vermiş 1946-1947-ci illər aclığının və deportasiyaların inkarına görə cinayət məsuliyyətinin tətbiqi təklif olunur. Yeni qanun layihəsi bu hadisələrin ictimai şəkildə inkarını, onlara bəraət qazandırılmasını, mübahisələndirilməsini və ya miqyasının kiçildilməsini cəzalandırmağı nəzərdə tutur.

Qanun layihəsi hakim "Fəaliyyət və Həmrəylik Partiyası"nın (PAS) bir qrup deputatı, o cümlədən parlamentin sədri İqor Qrosu tərəfindən parlamentə təqdim edilib.

"NewsMaker"in məlumatına görə, "1946–1947-ci illər aclığı və Stalin rejiminin Moldova sakinlərinə qarşı həyata keçirdiyi deportasiyaların qurbanlarının xatirəsinə" həsr olunmuş qanun layihəsi iyunun 26-da parlamentdə qeydiyyata alınıb.

Sənəd müəllifləri 1946–1947-ci illər aclığının sovet totalitar rejimi tərəfindən törədilmiş bəşəriyyətə qarşı cinayət kimi rəsmən tanınmasını təklif edirlər. Layihədə həmçinin həmin faciənin ictimai şəkildə inkarına, ona bəraət qazandırılmasına, mübahisələndirilməsinə və ya miqyasının kiçildilməsinə görə cinayət məsuliyyətinin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, Cinayət Məcəlləsinin 176-cı maddəsinin 2-ci hissəsinin həm başlığına, həm də mətninə "deportasiyalar və ya aclıq" ifadəsi əlavə ediləcək. Bununla da deportasiyaların və ya 1946-1947-ci illər aclığının açıq şəkildə inkarı, mübahisələndirilməsi, dəstəklənməsi və ya bəraət qazandırılması altı aydan beş ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla biləcək.

2025-ci ilin iyununda Moldova prezidenti Maya Sandu deportasiya edilmiş ölkə sakinlərinə aid təxminən 20 min şəxsi işin Milli Arxivə təhvil verildiyini açıqlayıb.

"İyul ayından etibarən hər bir ailə nəhayət diktaturanın qaranlığında itən insanların adlarını tapmaq və bərpa etmək imkanı əldə edəcək. Bu təhvilvermə sayəsində kommunist rejimi dövründə siyasi repressiyalara məruz qalan insanların bütün işləri artıq bir yerdə - Milli Arxivdə toplanıb", - deyə M.Sandu bildirib.

Prezident xatırladıb ki, Moldovada ilk Stalin deportasiyası 1941-ci il iyunun 12-dən 13-nə keçən gecə başlayıb. Onun sözlərinə görə, sovet hakimiyyəti insanların taleyini məhv edib, ailələri parçalayıb və minlərlə günahsız insanı ölümə məhkum edib. Deportasiya olunanlar illərlə qazandıqları hər şeyi itirərək məcburi əmək düşərgələrinə göndərilib və onların bir çoxu bir daha vətənə qayıtmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Danimarkada prokurorlara məhkəmədə hicab taxmaq qadağan edilib

26 noyabr 2026

sosial medya

Danimarka hökuməti prokurorların məhkəmə iclaslarında dini baş örtükləri taxmasını qadağan edən yeni qaydaların tətbiqinə başlayıb. Bu barədə noyabrın 25-də Danimarka Ədliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilib. Ədliyyə naziri Nikolay Vammen Baş Prokurorluqdan məhkəmə iclaslarında iştirak edən dövlət ittihamçıları üçün yeni daxili qaydalar hazırlamağı xahiş edib. Nazirin sözlərinə görə, prokurorlar da hakimlər kimi məhkəmə proseslərində dini və siyasi baxımdan neytral görünməlidirlər. Bu məhdudiyyət dini baş örtüklərinə də şamil olunacaq. Vammen bildirib ki, məhkəmə sistemində dövlət ittihamçılarının obyektivliyi və qərəzsizliyi ilə bağlı şübhələrə yol verilməməlidir. Yeni qaydalar dövlət adından cinayət işlərində ittihamı təmsil edən prokurorlara aid olacaq. Onların konkret qüvvəyə minmə tarixi açıqlanmayıb,...
Dünya

ABŞ prokurorluğu: Çinin “Huawei” şirkəti etirazçıları izləmək üçün İran hakimiyyətinə kameralar verib

25 noyabr 2026

sosial medya

ABŞ-də federal məhkəmənin münsiflər heyəti Çinin texnologiya nəhəngi “Huawei” şirkətini və onun üç törəmə müəssisəsini bank və elektron dələduzluğu, İrana qarşı sanksiyaların pozulması, kommersiya sirlərinin oğurlanması və çirkli pulların yuyulması ilə bağlı ittihamlar üzrə təqsirli bilib. Bu barədə ABŞ Ədliyyə Nazirliyi noyabrın 24-də məlumat yayıb. Nyu-Yorkun Bruklin şəhərində keçirilən və 12 həftə davam edən məhkəmə prosesində münsiflər heyəti “Huawei”yə qarşı irəli sürülmüş 12 ittihamdan 10-u üzrə təqsirli hökm çıxarıb. Şirkət mütəşəkkil cinayətkar birlik yaratmaq və ədalət mühakiməsinə mane olmaq məqsədilə sui-qəsddə iştirak ittihamları üzrə isə bəraət alıb. ABŞ prokurorluğunun məhkəmədə təqdim etdiyi sübutlara görə, “Huawei” uzun illər İrandakı fəaliyyətini beynəlxalq...

Seçilmiş Videolar

Toplum TV loqo