Dünya

 “Azadlıq Radiosu” və “Amerikanın Səsi”-nin fəaliyyəti məhdudlaşdırılır

15 Mart, 2025
98

açıq mənbədən götürülür

ABŞ prezidenti Donald Tramp “Azadlıq Radiosu” və “Amerikanın Səsi”-nin fəaliyyətinə təsir edəcək fərman imzalayıb.

O, martın 14-də Qlobal Media Agentliyinin (USAGM) və bəzi digər hökumət qurumlarının fəaliyyət miqyasının əhəmiyyətli dərəcədə azaldılması barədə fərman imzalayıb.

Qlobal Media Agentliyi xarici siyasətin təbliğinə cavabdehdir.

40-dan çox dildə onlayn və radio və televiziyada fəaliyyət göstərən beynəlxalq media yayımçısı “Amerikanın Səsi” ABŞ Qlobal Media Agentliyi tərəfindən idarə olunur. Agentlik həmçinin “Azad Avropa”/“Azadlıq Radiosu”nu və “Azad Asiya Radiosu”nu maliyyələşdirir.

Təxminən 270 milyon dollar büdcəyə və 2 mindən çox əməkdaşa sahib olan qurum 49 dildə yayımlanır və həftəlik auditoriyası 361 milyondan çox insanı əhatə edir.

Trampın sərəncamı Qlobal Media Agentliyi ilə yanaşı, Federal Vasitəçilik və Razılaşma Xidmətini, Vudro Vilson Beynəlxalq Alimlər Mərkəzini, Muzey və Kitabxana Xidmətləri İnstitutunu, ABŞ-ın Evsizlik üzrə İdarələrarası Şurasını, İcmanın İnkişafı Maliyyə İnstitutları Fondunu və Azlıqların Biznesin İnkişafı Agentliyini ixtisarla bağlı hədəfləyir.

“Insider”-in “Azadlıq” radiosundakı mənbələri bildiriblər ki, aprelin 1-dən sonra jurnalistlər böyük agentliklərin xəbər lentlərindən və canlı video yayımlarından məhrum olacaqlar, Meydan TV yazır.

Sənəd Trumpın federal bürokratiyanı yenidən qurmaq üçün atdığı son addımdır. ABŞ prezidenti bu vəzifəni əsasən texnologiyai milyarderi İlon Mask və onun Hökumətin Səmərəliliyi Departamentinə tapşırır.

İndiyə qədər DOGE-nin təşəbbüsü 2.3 milyon üzvlü federal mülki işçi qüvvəsində 100.000-dən çox iş yerinin ixtisar edilməsinə, xarici yardımın dondurulmasına və minlərlə proqram və müqavilənin ləğvinə səbəb olub.

Bəzi respublikaçılar “Amerikanın Səsi” və dövlət tərəfindən maliyyələşdirilən digər KİV-ləri mühafizəkarlara qarşı qərəzli olmaqda ittiham ediblər. Keçən ay Msk özünün “X” hesabında “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nu bağlamağa çağırmışdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Saakaşviliyə daha bir hökm oxunub

17 Mart 2025

İrakli Gedenidze/AP

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilinib. Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə Saakaşvili 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu, məhkəmənin son günlərdə Saakaşvili işi üzrə çıxardığı ikinci hökmdür. Martın 11-də  o  külli miqdarda dövlət vəsaitini mənimsəmək ittihamı ilə 9 il azadlıqdan məhrum edilmişdi. Hazırda sabiq prezidentə qarşı yalnız bir- 7 noyabr epizodu ilə bağlı cinayət ittihamı qalıb. 2007-ci il noyabrın 7-də Tbilisidə polis müxalifət nümayişçilərinə qarşı gözyaşardıcı qaz, su şırnaqları və rezin güllələrdən istifadə edib.  Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, mitinqin dağıdılması zamanı 500-dən çox insan xəsarət alıb. Mixail Saakaşvili 2021-ci il oktyabrın...
Dünya

ABŞ Rusiya da daxil olmaqla 43 ölkə vətəndaşı üçün giriş qadağasını müzakirə edir

16 Mart 2025

açıq mənbədən götürülüb

ABŞ hakimiyyəti Rusiya və Belarus vətəndaşları da daxil olmaqla 43 ölkənin vətəndaşına təsir edəcək yeni səyahət qadağasını nəzərdən keçirir. “The New York Times” mənbələrə istinadən xəbər verir ki, Dövlət Departamenti bu ölkələri üç kateqoriyaya ayırmağı planlaşdırır. Yeni qərara əsasən, 11 ölkənin - Əfqanıstan, Butan, Venesuela, Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarına ABŞ-yə giriş tamamilə qadağan edilə bilər. İkinci kateqoriyaya Rusiya, Belarus, Eritreya, Haiti, Laos, Myanma, Pakistan, Syerra-Leone, Cənubi Sudan və Türkmənistan daxildir.  Bu ölkələrdən yalnız iş adamlarının ABŞ-yə girişi mümkün olacaq, turistlərə və miqrantlara isə icazə verilməyəcək. Üçüncü qrupa ABŞ hakimiyyətinin 60 gün ərzində bəzi...

Seçilmiş Videolar

Toplum TV loqo