Siyasət

İlham Əliyev: “Trampa bataqlığın qurudulmasında uğurlar arzu edirik"

15 Mart, 2025
76

Toplum TV/kollaj

Prezident İlham Əliyev deyib ki, sülh istənilirsə, Avropanın Sülh Fondu Ermənistanı silahlandırmaq üçün milyonlarla dollar xərcləməməlidir. 

“Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir. Bəli, onlar deyir ki, bu pul qeyri-məhvedici hərbi qurğular üçündür. Əgər sülh istəyirlərsə, buna ehtiyac yoxdur”.

O bu sözləri “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunda deyib.

“Dəfələrlə biz bu məsələni erməni nümayəndələrinin və onların Brüsseldəki yeni ağalarının qarşısında qaldırmışıq. Çünki onlar indi böyük qardaşını dəyişiblər. Bu gün bu, Brüsseldir. Prezident Trampın qələbəsinə qədər bu, Dövlət Departamenti, USAID idi”, o əlavə edib.

Prezident iddia edib ki, onlar onilliklər ərzində Azərbaycana hücum çəkmək və onu gözdən salmaq üçün Birləşmiş Ştatlarda erməni diaspor təşkilatlarından pullar alıblar:

“Beləliklə, biz Prezident Trampa bataqlığın qurudulmasında uğurlar arzu edirik. Bu, asan deyil. Lakin edilməlidir”.

Prezident Əliyev onu da qeyd edib ki,  USAID-in Azərbaycanda qeyri-qanuni fəaliyyəti ilə bağlı Amerikanın orqanları ilə məlumat mübadiləsinə hazırdırlar.

“Onlar insanlara necə rüşvət verirdilər?! Onlar qeyri-qanuni maliyyə kanallarından necə istifadə edirdilər?! Onlar Azərbaycanın qanunlarını və normalarını necə pozurdular?! İndi məsuliyyətli olmaq vaxtı yetişib”.

Ötən ilin sonunda Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində USAID-in fəaliyyətini tənqid etmişdi. O, qurumun ölkədə fəaliyyətini qadağan edə biləcəyini söyləmişdi. 

2025-ci il yanvarın 16-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsasının olmadığını bildirmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Tramp və Putin Ukraynadakı müharibəyə son qolumasını müzakirə edəcək

17 Mart 2025

Evan Vucci/AP

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Ukraynada müharibəyə son qoyulmasını müzakirə edəcəyini bildirib. Müzakirənin martın 18-də baş tutacağı deyilir.  "Reuters" xəbər verir ki, Tramp bu barədə prezidentin təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib. Tramp deyib ki, Ukraynada müharibəni bitirmək üçün “yaxşı şans” var.  "Biz torpaqdan danışacağıq. Elektrik stansiyalarından danışacağıq. Hesab edirəm ki, hər iki tərəf, Ukrayna və Rusiya artıq çox şeyi müzakirə ediblər. Biz artıq müəyyən aktivlərin bölünməsi haqqında danışırıq", - o deyib. Bundan əvvəl Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra Kiyev Rusiya da atəşkəsə razılaşacağı təqdirdə Vaşinqtonun dərhal 30 günlük atəşkəs təklifini...
Siyasət

Qabil Məmmədov Baş Prokurorluğa çağırılıb

16 Mart 2025

sosial media

Hazırda Almaniyada siyasi mühacir həyatı yaşayan Qabil Məmmədova rəsmi xəbərdarlıq edilib. Məlumata görə, Qabil Məmmədov şəxsiyyətinin təsdiq edən sənədlə birlikdə 17 aprel 2025-ci il tarixdə saat 10:00-da Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə gəlməlidir. İctimai televiziyanın Azərbaycan Baş Prokurorluğuna istinadən yaydığı məlumatda belə deyilir. Qabil Məmmədovun Cinayət Məcəlləsinin 24 maddəsi üzrə təqsirləndirildiyi bildirilir. O, “Youtube“ kanallarında və digər sosial media platformalarında Azərbaycan hakimiyyətini kəskin şəkildə tənqidi ilə tanınır.

Seçilmiş Videolar

Toplum TV loqo