Siyasət

“Amerikanın səsi” və “Azadlıq radiosu” fəaliyyətini dayandırıb

16 Mart, 2025
26

açıq mənbədən götürülüb

"83 ildə ilk dəfə əfsanəvi “Amerikanın Səsi” kəsildi"

“Amerikanın səsi” və “Azadlıq radiosu” fəaliyyətini dayandırıb.

Bu, prezident Donald Trampın mediaların işinə nəzarət edən ABŞ Qlobal Media Agentliyi (USAGM) ilə bağlı verdiyi qərardan sonra baş verib. 

Martın 14-də açıq ABŞ Qlobal Media Agentliyi də daxil olmaqla yeddi federal agentliyin fəaliyyət miqyasının əhəmiyyətli dərəcədə azaldılması nəzərdə tutulurdu.

Fərmanın dərcindən bir neçə saat sonra USAGM məktub yayıb və bildirib ki, konqresin Azad Avropa/Azadlıq Radiolarının maliyyələşdirilməsinə ayırdığı qrant dayandırılıb. 

 “Amerikanın səsi” və “Azadlıq Radiosu”-nun əməkdaşlarına növbəti bildirişə qədər ödənişli inzibati məzuniyyət verildiyi barədə məlumat yayılıb.

“Amerikanın Səsi”—nin direktoru Maykl Abramovitz bildirib ki, inzibati məzuniyyətlə bağlı bildirişi 1300-ə yaxın işçi alıb. 

"83 ildə ilk dəfə əfsanəvi “Amerikanın Səsi” kəsildi", -  deyə o yazıb.

Direktor deyib ki, bu qərar media qurumunun həyati missiyasını yerinə yetirməsinə mane olacaq. 

“Bu missiya, Amerikanın İran, Çin və Rusiya kimi oponentlər ABŞ-ı gözdən salmaq üçün yalan xəbərlər yaratmağa milyardlarla dollar xərclədiyi bu gündə xüsusilə vacibdir”.
Azadlıq Radiosunun prezidenti Stiven Kapus da media qurumuna ayrılan qrantın dayandırılması barədə yayılan məlumatları şərh edib. 

O, deyib ki, qrant sazişinin dayandırılması Amerikanın düşmənlərinə böyük hədiyyədir. 

"İran ayətullahları, Çinin kommunist liderləri, Moskva və Minskdəki avtokratlar 75 ildən sonra AzadlıqRadiosunun işinin dayandırılımasını bayram edəcəklər. Düşmənlərimizin bu qələbəni əldə etməsi onları gücləndirəcək, Amerikanı zəiflədəcək", - o, bildirib. 

Beynəlxalq jurnalist təşkilatları, o cümlədən Sərhədsiz Reportyorlar deyiblər ki, Trampın qərarı “dünyada mətbuat azadlığını təhdid edir”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Qabil Məmmədov Baş Prokurorluğa çağırılıb

16 Mart 2025

sosial media

Hazırda Almaniyada siyasi mühacir həyatı yaşayan Qabil Məmmədova rəsmi xəbərdarlıq edilib. Məlumata görə, Qabil Məmmədov şəxsiyyətinin təsdiq edən sənədlə birlikdə 17 aprel 2025-ci il tarixdə saat 10:00-da Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə gəlməlidir. İctimai televiziyanın Azərbaycan Baş Prokurorluğuna istinadən yaydığı məlumatda belə deyilir. Qabil Məmmədovun Cinayət Məcəlləsinin 24 maddəsi üzrə təqsirləndirildiyi bildirilir. O, “Youtube“ kanallarında və digər sosial media platformalarında Azərbaycan hakimiyyətini kəskin şəkildə tənqidi ilə tanınır.
Siyasət

İlham Əliyev: “Trampa bataqlığın qurudulmasında uğurlar arzu edirik"

15 Mart 2025

Toplum TV/kollaj

Prezident İlham Əliyev deyib ki, sülh istənilirsə, Avropanın Sülh Fondu Ermənistanı silahlandırmaq üçün milyonlarla dollar xərcləməməlidir.  “Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir. Bəli, onlar deyir ki, bu pul qeyri-məhvedici hərbi qurğular üçündür. Əgər sülh istəyirlərsə, buna ehtiyac yoxdur”. O bu sözləri “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunda deyib. “Dəfələrlə biz bu məsələni erməni nümayəndələrinin və onların Brüsseldəki yeni ağalarının qarşısında qaldırmışıq. Çünki onlar indi böyük qardaşını dəyişiblər. Bu gün bu, Brüsseldir. Prezident Trampın qələbəsinə qədər bu, Dövlət Departamenti, USAID idi”, o əlavə edib. Prezident iddia edib ki, onlar onilliklər ərzində...

Seçilmiş Videolar

Toplum TV loqo