NYT: Tramp administrasiyası rəsmi sənədlərdən “feminizm", "bərabərsizlik", "gender" sözlərini çıxarır
Toplum TV
ABŞ hökumət orqanları öz internet saytlarında və rəsmi sənədlərdə mətnləri yenidən yazmağa, onlardan müəyyən söz və ifadələri çıxarırlar.
Bu, Donald Tramp prezident kimi fəaliyyətə başladıqdan sonra baş verib.
“The New York Times”-ın jurnalistləri 197 belə söz və ifadə müəyyən ediblər.
Siyahıya, “aktivism”, “irq”, “feminizm", "bərabərsizlik", "gender", “bioloji qadın”, “bioloji kişi”, “multikultural”, “etnik mənsubiyyət”, “sosial ədalət”, “cinsiyyət” kimi ifadələr daxil edilib.
Bununla yanaşı, “BIPOC” (Qara, Yerli, Rəngli İnsanlar), “DEI” (Müxtəliflik, Bərabərlik, İnklüzivlik) qısaltmaları və onun variasiyaları, “LGBT” və onun variasiyaları da məhdudiyyətə daxildir.
Dövlət qrantları və müqavilələri ilə bağlı müraciətlərdə də eyni sözlər axtarılır və bu, onların baxılmasına təsir edə bilir.
NYT-ın iddiasına görə, federal hökumət orqanlarının rəhbərləri tərəfindən tabeliyində olanlara "qadağan olunmuş" sözlərin siyahısı ilə xüsusi memorandumlar və göstərişlər göndərilir.
Nəşrin jurnalistləri bu memorandumların və təlimatların əsaslandığı heç bir sənəd tapa bilməsələr də, qeyd edirlər ki, bəzi hallarda məmurlara “qadağan olunmuş” sözlərin siyahısı əvəzinə sadəcə olaraq “nalayiq söz” işlətməmək göstərişi verilir.
“The New York Times” müxbirləri aşkar ediblər ki, 250-dən çox federal hökumət veb-saytları yeni tələblərə uyğun olaraq dəyişdirilib.
ABŞ-də prezident administrasiyasının hər dəyişikliyi ilə belə “dil dəyişiklikləri” baş verir: yeni rəhbərlik həmişə rəsmi ritorikanı öz siyasi prioritetlərinə uyğunlaşdırmağa çalışır. Amma indi bunun miqyası görünməmiş dərəcədədir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
AP
açıq mənbədən götürülüb
Tofiq Yaqublu hakimə: “Sayənizdə 64 yaşımı da həbsdə keçirtdim”
Şahnaz Bəylərqızının vəkili: “Rezonans doğuracaq ifadədən söhbət gedə bilməz”
“Erasmus+” proqramı Azərbaycanda fəaliyyətini dayandırıb
NHK: Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı
“Toplum TV işi” üzrə təqsirləndirilənlər şəxslərin əmlaklarına həbs qoyulması qanunidirmi? - “Tribunat” araşdırıb